Əsas Səhifə > Cəmiyyət, Manşet > CAVİD QURBANOV ƏDLİYYƏ NAZİRİNİN SÖZÜN YERƏ SALDI

CAVİD QURBANOV ƏDLİYYƏ NAZİRİNİN SÖZÜN YERƏ SALDI


11-07-2013, 13:59
CAVİD QURBANOV ƏDLİYYƏ NAZİRİNİN SÖZÜN YERƏ SALDI
ORTAYA MARAQLI BƏHANƏ ATILIB

DİA.AZ: - «Azəryolservis» ASC-nin prezidenti Cavid Qurbanovla bağlı redaksiyamıza ilginc məluümat daxil olub. Hökumət içindəki bilgili qaynaqların DİA.AZ-a ötürdüyü xəbərə görə, ASC prezidenti nazirlərdən biri ilə qalmaqal yaşayıb və sonradan işə hətta Cavid Qurbanovun himayədarı - nəqliyyat naziri Ziya Məmmədov da müdaxilə edib.

Mənbənin söylədikləri: «Neçə illərdir ki, ədliyyə nazirliyinin metronun «Elmlər Akademiyası» stansiyasına tərəf olan hissəsindəki yolun asfalt örtüyü bərbaddır. Yağışlı və tozlu havalarda isə həmin hissədə maşınları hərəkəti çətinləşir»

Mənbə iddia edir ki, ədliyyə nazirliyi adından dəfələrlə «Azəryolservis»in rəhbərliyinə müraciət olunsa da, Cavid Qurbanov ədliyyə nazirliyinin tələblərini geri çevirib: «İş o həddə çatıb ki, nəhayətdə bu günlərdə nazir Fikrət Məmmədov Cavid Qurbanova şəxsən müraciət edib. Fikrət Məmmədovun xahişini belə nəzərə almayan Cavid Qurbanovun bu hərəkətsizliyi ədliyyə nazirininyuxarı instansiyalara müraciət etməsinə nədən olub».

Mənbənin sözlərinə görə, bundan sonra vəziyyət daha da gərginləşib və Ziya Məmmədov da işə müdaxilə edərək Ədliyyə Nazirliyinin tələbini Cavid Qurbanovun verdiyi izahatla əsaslandırıb: «Cavid Qurbanov belə bir izahat verib ki, nazirliyin binasının yaxınlığında, yəni bərbad vəziyyətdə olan yolun əks tərəfində inşaat işləri getdiyindən, iri layihələr həyata keçirildiyindən asfalt örtüyünün təzələnməsi izafi məsrəf olar».

Hər halda, Bakıda asfalt yollarının iki gündən bir yenilənib, sonradan dağıdılmasına şahidlik etdiyimiz bir dönəmdə Cavid Qurbanovun izafi məsrəfdən yayınması heç cürə anlaşılan deyil. Deməli, işin içində iş var ki, bu da üz-üzə gələn məmurların şəxslərinə bəlli olan bir məsələdir.

Geri qayıt