Əsas Səhifə > Cəmiyyət, Manşet > «SPACE» TELEKANALI DAĞILMAQ ÜZƏRƏDİR
«SPACE» TELEKANALI DAĞILMAQ ÜZƏRƏDİR11-07-2013, 14:08 |
VAQİF MUSTAFAYEVİN ƏMRİ ARANI QATDI DİA.AZ: - Vaqif Mustafayevin rəhbərlik etdiyi «Space» telekanalında yenidən çaxnaşma var. Bu barədə DİA.AZ-a məlumatlı mənbə xəbər verib. Qaynaq iddia edir ki, bir neçə gün əvvəl istefa verən, lakin sonradan Vaqif Mustafayevlə danışıqlardan sonra qərarından geri dönən telekanalın baş operatoru Əlövsət Aslanlı bu dəfə Vaqif Mustafayevin əmri ilə işdən qovulub. Mənbə bildirir ki, təxminən yarım saat əvvəl verilən bu qərara etiraz olaraq digər operatorlar da istefa ərizəsi yazırlar. Xatırladaq ki, keçən dəfə də anoloji hadisə baş vermişdi və bildirilir ki, baş operator kanalın digər əməkdaşı Kəmalə Xəlilova ilə yaranmış konflikt səbəbindən bu qərarı vermişdi. İndi isə Vaqif Mustafayev əmr verən tərəfdir. Və keçən məlumatlarımızda da bildirmişdik ki, birinci istefasından vaz keçən Əlövsət Aslanlı onunla bərabər istefa verən operatorları da sonna qədər müdafiə etmişdi. İndi isə həmkarları baş operatora dəstəklərini ifadə edirlər. Geri qayıt |