Əsas Səhifə > Sosial, Manşet > İCRA BAŞÇISI AĞIR YOLA QƏZASI KEÇİRİB

İCRA BAŞÇISI AĞIR YOLA QƏZASI KEÇİRİB


12-07-2013, 14:25
İCRA BAŞÇISI AĞIR YOLA QƏZASI KEÇİRİB
YÜNGÜL XƏSARƏTLƏ QƏZADAN QURTULAN BAŞÇI SÜRÜCÜSÜNÜ SİLLƏLƏYİB

DİA.AZ: - Redaksiyamıza bir oxucu tərəfindən məlumat göndərilib. Oxucu DİA.AZ-a məlumatında bildirir ki, Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev bu günlərdə Qəbələ rayonu ərazisində ağır yol qəzasına düşüb.

Məlumatda xəsarət alanların olduğu da bildirilir: «İcra başçısının özü yüngül xəsarət alıb. Amma hadisədən bərk əsəbiləşib. Və sürücüsünü qəza törətməsi səbəbindən sillələyib».

Mənbə iddia edir ki, bu məlumatın mətbuatdan gizli tutulmasına çalışılır. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt