Əsas Səhifə > Sosial, Manşet > BİR NEÇƏ ALİ MƏKTƏBİN REKTORU İŞDƏN ÇIXARILIR

BİR NEÇƏ ALİ MƏKTƏBİN REKTORU İŞDƏN ÇIXARILIR


12-07-2013, 15:37
BİR NEÇƏ ALİ MƏKTƏBİN REKTORU İŞDƏN ÇIXARILIR
YENİ NAZİR NADİR QƏHRƏMANOVLA YANAŞI, KİMLƏRİ CƏZALANDIRACAQ?

DİA.AZ: - «Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanov və daha bir neçə ali təhsil ocağının rəhbəri cəzalandırılacaq». Bu barədə DİA.AZ-a təhsil nazirliyindəki mötəbər mənbələr xəbər verib.

Qaynağın iddialarına görə, yeni təhsil naziri Mikayıl Cabbarov bir sıra ali məktəblərlə bağlı xüsusi tədbirlər planı hazırlayıb: «Mikayıl Cabbarov gəncdir və əslində onun vəzifəyə təyin edilməsi hakimiyyətin antikorrupsiya tədbirlərinin tərkib hissəsi kimi də qəbul olunmalıdır. Özünün tələbəlik dönəmi o qədər də uzaqda olmayan nazir bu gün yaxşı bilir ki, Azərbaycan təhsilinin ən ağrılı nöqtələri hansılardır. Yəni ona hansısa məlumatın ictimailəşməsi heç də lazım deyil. Nazir postuna gələnə qədər bizdən biri olan Mikayıl Cabbarov da eyni qaydada təhsildəki problemləri yaşayıb.

Digər tərəfdən, o, vəzifəyə təyin olunarkən də belə bir öhdəlik götürüb. Ki, təhsildə ənənəvi rüşvət piramidası darmadağın edilməlidir. Bu piramidanın əsas sütunlarından biri isə ali məktəblərdədir».

Mənbəmizə görə, son zamanlar Sumqayıt Dövlət Universiteti ilə bağlı ciddi faktların açıqlanması da nazirin bu istiqamətə diqqətinin daha da artması ilə müşaiyət olunmaqdadır: «Təkcə SDU deyil, daha bir neçə ali məktəbin rektorunun vəzifələrindən azad edilmələri gözlənilir».

Geri qayıt