Əsas Səhifə > Şou-biznes > TÜRK MÜĞƏNNİYƏ BAKI DÜŞMƏDİ

TÜRK MÜĞƏNNİYƏ BAKI DÜŞMƏDİ


26-09-2011, 14:48
TÜRK MÜĞƏNNİYƏ BAKI DÜŞMƏDİ

KƏNAN DOĞULU ETİRAZLA QARŞILANIB

"Bakıda gözəl konsert verdim". Milli.Az xəbər portalının məlumatına görə, bunu türkiyəli müğənni Kənan Doğulu ölkəsinə qayıtdıqdan sonra jurnalistlərə açıqlamasında belə deyib. Amma jurnalistlər ondan Bakıdakı konsertinin necə keçdiyini yox, konserti niyə təxirə salmadığını soruşublar.

Onlar müğənniyə sual veriblər ki, son günlər Türkiyə törədilən terror aktları və hücumlar nəticəsində çoxsaylı şəhid verdiyi halda, o, Bakıdakı konsertini niyə təxirə salmayıb. Jurnalistlər xatırladıblar ki, müğənni Ajda Pekkan şəhidlərin ruhuna hörmət əlaməti olaraq, konsertini başqa vaxta keçirib. Kənan Doğulunun isə bu suallara cavabı "Bilmirəm, xəbərim yoxdur" olub.

Jurnalistlər dəqiqləşdirmək üçün müğənnidən "Şəhidlərdən xəbəriniz yoxdurmu?", - deyə soruşublar. O isə bu sualı cavabsız qoyaraq, maşınına minib.

Qeyd edək ki, iyuldan sonra Türkiyədə fəallaşan PKK terrorçuları indiyədək onlarla təhlükəsizlik xidməti əməkdaşını və azı 10 dinc sakini qətlə yetiriblər.

Geri qayıt