Əsas Səhifə > Güney Press, Üçüncü sektor > BEYLƏQANDA HƏRRAC AÇIBLAR

BEYLƏQANDA HƏRRAC AÇIBLAR


13-07-2013, 10:56
BEYLƏQANDA HƏRRAC AÇIBLAR
Beyləqan rayonunda Qarabağ, Əfqanıstan və Çernobıl əlilləri, həmçinin şəhid ailəlri üçün 5 mərtəbəli bina tikilir. 60 mənzilli binanın seçki kampaniyası çərçivəsində prezident İlham Əliyevin Beyləqana səfəri zamanı sakinlərə veriləcəyi gözlənilir. Lakin Beyləqandan artıq icra hakimiyyətinin mənzillərə görə əlillərdən pul tələb etməsi ilə bağlı məlumatlar daxil olub.
Adının çəkiləməsini istəməyən əlil şikayətçilər bildiriblər ki, Beyləqan İcra Hakimiyyətinin birinci müavini Telman Məstanov bir neçə aydan sonra istifadəyə veriləcək evdən mənzil alacaq olan əlilləri yanına dəvət edərək onların hər birindən 5000 manat tələb edir. İcra başçısfna 5000 manat verən əlil şəxslərin adı siyahıya salınır. Bildirilir ki, bu pulu verməyən əlillərin adı siyahıya salınmır və elə bu üzdəndə Beyləqanda ciddi narazılıq yaranıb.
Əlillər bildirirlər ki, məsələ ilə bağlı Bakıya, Prezident Adminstrasm=iyasına şikayət etməyi düşünürlər.
Qeyd edək ki, məsələ ilə bağlı Telman Məstanovun mövqeyini öyrənməyə cəhd etsək də, cəhdimiz uğursuz alındı.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…pia.az

Geri qayıt