Əsas Səhifə > Partiya > MÜSAVAT MƏCLİSİ TOPLANDI

MÜSAVAT MƏCLİSİ TOPLANDI


13-07-2013, 11:47
MÜSAVAT MƏCLİSİ TOPLANDI
Hazırda Müsavat Partiyasının qərargahında partiya məclisinin növbəti toplantısı keçirilir. Baş tutan toplantıda gündəlik açıqlanıb. “Musavat.com”un məlumatına görə, gündəlikdə turan məsələlər aşağıdakılardan ibarətdir:

1 İctimai-siyasi durum və qarşıda duran vəzifələr
2. 2013-cü il prezident seçkisinə hazırlığın gedişi
3.Cari məsələlər

Partiya məclisinin toplantısı zamanı bəyanat da səsləndirilib. Bəyanatda pariyanın namizədi Müsavat başqanı İsa Qəmbərinin namizədliyinin irəli sürülməsindən sonra Müsavat üzvlərinə qarşı repressiyaların daha da güncləndirildiyi vurğulanıb. Eyni zamanda Müsavat başqanını müavini, “Yeni Müsavat”ın köşə yazarı Tofiq Yaqublunun İsmayıllı hadisələrinə görə şərlənərək həbs olunması, Bakı, Gəncə və Sumqayıt şəhərlərində Müsavat fəallarının sutqalıq həbslərlə cəzalandırılması, 28 May- Respublika Günü tədbirində partiya başqanının müşaviri Musatafa Haıcbəylinin həbs olunması və son olaraq Müsavat başqanının bir digər müşaviri Yadigar Sadıqov haqqında qondarma cinayət işi açılması və şərlənərək həbs olunması parityaya basqılarla bağlı fakları təsdiqləyir.

Toplantıda Müsavat Məclisinin qərarı da səsləndirilib. Qərarda deyilir ki, ölkənin aparıcı müxalifət partiyalarının, ictimai qurumların, vətəndaş cəmiyyəti nümyəndələrinin, ziyalıların və gənclərin iştriakı ilə yaranmış Milli Şuranın fəaliyyətində Müsavat Partiyasının iştirakı və sərgilədiyi mövqe təqdir edilsin. Eyni zamanda seçki prosesində və namizədliklə bağlı məsələlərdə partiyanın mövqeyini təqdim etmək və müvafiq qərarlar qəbul etmək səlahiyyəti Müsavat Partiyası Divanına və 2013-cü ilin oktyabr ayında keçiriləcək prezident seçkisində Müsavat Partiyasının namizədi başqan İsa Qəmbərə həvalə edilsin.

Toplantı davam edir...

Geri qayıt