Əsas Səhifə > Şou-biznes > RAFET EL ROMAN YENƏ BAKI YOLUNU TUTUR

RAFET EL ROMAN YENƏ BAKI YOLUNU TUTUR


15-07-2013, 12:22
RAFET EL ROMAN YENƏ BAKI YOLUNU TUTUR
Türkiyənin tanınmış müğənnisi, estrada ulduzu Rafet El Roman və Ezo Bakıda konsert proqramı ilə çıxış edəcək.

DİA.AZ-ın məlumatına görə, “Romantik yay axşamı” adlı konsert iyulun 18-də saat 20:00-da Yaşıl Teatrda keçiriləcək. Konsertin biletlərinin qiyməti 20-80 manat arasıdır. Konsertin sürpriz qonağı da olacaq. Bu barədə konsertin təşkilatçısı, "Səs Muzic Orqanization"un rəhbəri Nahid Emiloğlu məlumat verib. Onun sözlərinə görə, Rafet El Roman və Ezonun konsert proqramının özəl qonağı Aygün Kazımovadır: "Çox möhtəşəm, fərqli bir şou gözlənilir. Həmin gün gecənin özəl qonağı Aygün Kazımova olacaq. Rafet El Roman şəxsən özü xalq artisti Aygün Kazımovanı konsertə dəvət edib. Tamaşaçıların nəzərinə çatdıraq ki, bu dəfəki konsert müxtəlif performanslar, sürpriz tamaşalar və gözəl musiqilərlə zəngin olacaq”.

Qeyd edək ki, konsertin informasiya dəstəkçisi movqe.az saytıdır.

Geri qayıt