Əsas Səhifə > Dünya > KEÇMİŞ PREZİDENTİN ARXASINCA DANIŞIRLAR

KEÇMİŞ PREZİDENTİN ARXASINCA DANIŞIRLAR


15-07-2013, 12:37
KEÇMİŞ PREZİDENTİN ARXASINCA DANIŞIRLAR
İranın yeni seçilmiş prezidenti Həsən Ruhaninin müşaviri Əkbər Türkan jurnalistlərə açıqlamasında ölkənin iqtisadi durumundan danışıb.

“Media forum” saytının məlumatına görə, hökumətin yeni prezidentə ötürülməsi prosesinə nəzarət edən Əkbər Türkan deyib ki, prezident Mahmud Əhmədinejad üç həftə sonra fəaliyyətə başlayacaq yeni hökumətə çoxlu problem miras qoyub: “Ölkənin indiki iqtisadi durumu fikirləşdiyimizdən daha bərbad gündədir. Həsən Ruhani hökuməti ələ alandan sonra əsas vəzifələrdən biri əhalinin gündəlik ərzağa ehtiyacını təmin etmək olacaq.

Təəssüflər olsun ki, indiki hökumətin cari il üçün təqdim etdiyi büdcə mövcud reallığa söykənmir. Büdcənin hansı gəlirlərə əsasən hazırlandığı göstərilmir, o, reallığı əks etdirmir. Həmçinin Əhmədinejad hökuməti ölkəyə idxal edilən mallara qoyulan subsidiyaların ləğvi müqabilində əhaliyə maddi yardımı yanacaq qiymətinin artmasından əldə edilən pul hesabına deyil, qanunsuz yollarla verib. Nəticədə yeni hökumətin əhaliyə maddi yardım göstərməsinə artıq pul qalmayıb”.

Geri qayıt