Əsas Səhifə > Şou-biznes > FAİQ AĞAYEV FLORA KƏRİMOVANI HƏDƏLƏDİ
FAİQ AĞAYEV FLORA KƏRİMOVANI HƏDƏLƏDİ15-07-2013, 12:41 |
Xalq artisti Faiq Ağayev həmkarı Flora Kərimova ilə aralarında baş verən qalmaqaldan danışıb. Axşam.az-ın məlumatına görə, sənətçi “ATV maqazin” verilişinə açıqlamasında səbr kasasının dolduğunu deyib. O, xalq artistiylə münaqişənin yenidən gündəmə gəlməsinin səbəbləri haqda danışarkən bunları bildirib: “Yaxın dostumun övladının bir yaşı tamam olurdu. Getdik, məclisdə yaxşıca əyləndik. Səhər yuxudan oyanıram ki, kiminsə ağlı itib, açıqlamalar verib. Çox adamlarla məsləhətləşdim, nüfuzlu insanlar mənə zəng etdi ki, Faiq, susma, cavabını ver. Mən də qısa və dəyərli formada münasibət bildirdim. Mən hər zaman susmuşam, amma hadisələr şəxsi müstəviyə keçirsə, cavabını verirəm. O, elə düşünürdü ki, bu açıqlama ilə zəfər qazanacaq. Amma yenə də uduzdu. Onun açıqlamasını beş, mənimkini isə on beş sayt işıqlandırdı. Hər zaman böyüklərə hörmət etmişəm. Amma görün bu insan nə qədər şəxsiyyətimə toxundu ki, ona cavab verdim. Mən hər zaman abırıma qısılmışam, bundan istifadə etmək lazım deyil. Bu hadisədən sonra məhkəməyə müraciət etməyi düşünmürəm. Bu, sadəcə vaxt aparır. İnsan zamanını məhkəməyə qurban verməməlidir”. F.Ağayev Flora Kərimovaya məhkəmədə uduzması haqda xalq artistinin açıqlamasına da münasibət bildirib: “Mənim əlimdə sənədlər var. Onları göstərə bilərəm. Bu qədər də yalan danışmaq olmaz. Başa düşürəm ki, insan yaşlandıqca yaddaşı zəifləyir. Əgər belədirsə, mən yadına salaram”. Geri qayıt |