Əsas Səhifə > Sosial, Manşet > ŞİRVANDA VÜQAR MƏMMƏDYAROV BAZAR AÇIB

ŞİRVANDA VÜQAR MƏMMƏDYAROV BAZAR AÇIB


15-07-2013, 13:01
ŞİRVANDA VÜQAR MƏMMƏDYAROV BAZAR AÇIB
BU REGİONAL İDARƏDƏ MAŞIN SÜRƏ BİLMƏSƏN DƏ, SÜRÜCÜ OLMAQ ASANDIR

DİA.AZ: - Şirvandaki qaynaqalardan DİA.az verilən məlumata görə, Şirvan şəhərində yerləşən Regional Qeydiyat İmtahan və Texniki Baxış Şöbəsi rəisi Vüqar Məmmədyarov rəsmən bazar açıb. Hər halda daxil olan informasiyadan belə bir qənaət formalaşır.

Bildirək ki, Vüqar Məmmədyarov bundan əvvəl Astara və Göyçay rayonunda polis rəisi olub.Həmin rayonlarda yerli sakinlərələ yola getmədiyindən Daxili İşlər Nazirliyinin rəhbərliyi onu həmin rayonlardan uzaqlaşdırıb.

DİA.AZ-a daxil olan məlumatlara görə, Şirvan şəhəri Regional Qeydiyat İmtahan və Texniki Baxış Şöbəsində sürüçülük vəsiqəsinin verilməsilə (imtahan puluyla 800 mant) əlaqədar ciddi narazılıqlar var. Mənbənin söylədikləri: “Sürücülük vəsiqəsi rəsmən biznesdir. Bakının payı ayrı, yerli rəhbərliyin payı ayrı”.

Məlumata görə, Vüqar Məmmədyarov 2012 ci ilin noyabr ayından bu yana yaxın qohumu, həm də işçisi Misgərli Faiq Böyükağa oğlunun adına ( Kür Avto MMC) açmış ki, bununla da “sürücülük vəsiqəsi biznesi”ni tam olaraq nəzarətinə götürüb. Yəni onun “avtoşkolası”nı qurtarmayana sürücülük vəsiqəsi verilmir. Bu isə biznesin bir əldə cəmləşdirilməsi anlamını daşıyır.

Məlumata görə, həmin “Kür Avto MMC” nin möhüründən başqa heç bir şeyi yoxdur: “1000 manat verib 5 günə “BC” kateqoryalı sürücülük vəsiqəsini istənilən gün almaq olar. Dəllallardan Baxışov Azad bu işlə daha yaxından məşğul olur. Yəni “müştərilər” onun əli ilə daha tez sürücülük hüququ əldə edirlər”.

Məsələ ilə bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt