Əsas Səhifə > Güney Press, Araşdırma > BEYLƏQANDA FÖVQƏLADƏ VƏZİYYƏT
BEYLƏQANDA FÖVQƏLADƏ VƏZİYYƏT15-07-2013, 13:42 |
KEÇMİŞ İCRA BAŞÇISI KABUSA ÇEVRİLİB Beyləqanın keçmiş icra başçısı qaçqınları məskunlaşdıqları ərazidən çıxarmaq üçün zor tətbiq edir. Maskalılar uzun müddətdir ərazidən köçməkdən imtina edən Məmmədov Şiraslan Adil oğlunu maşina basaraq aparıblar və həmin şəxs bir neçə saatdan sonra ölümcül vəziyyətdə tapılıb; onlara bir qadın zəng edərək MTN-dən olduğunu və ərazini tərk etməzlərsə başlarının ağrıyacağını bildirib… Bir müddət əvvəl Beyləqanın Mil qəsəbəsində qanunsuz olaraq istismar olunan karyer barədə yazı dərc etmişdik. Həmin yazıda şikayətçilər bildirirdilər ki, Beyləqan rayonunun keçmiş icra başçısı Xasay Əhmədov vəzifədə olduğu zaman böyük çınqıl və qum ehtiyatları olan ərazini qanunsuz olaraq zəbt edib. Hazırda həmin karyerdə aparılan qazıntılar Mil qəsəbəsinin sakinlərinin evlərinə qədər gəlib çatıb. Evlər uçmaq təhlükəsi ilə üzləşsə də, həmin karyerdən külli miqdarda qanusuz qazanc əldə edən Xasay Əhmədov qazıntıları saxlamaq istəmir. Sakinlərin şikayətini dinləyən isə tapılmır. Həmçinin ünvanladıqları müraciətdə şikayətçilər onu da bildirirdilər ki, Xasay Əhmədov onları ərazidən köçməyə zorlayır. Bunun müqabilində verdiyi pul isə qəpik-quruşdur. Evləri uçmaq təhlükəsi ilə üzləşən sakinlər həmçinin onu da bildirirlər ki, rayonda şikayətlərinə baxılmadığına görə Bakıya gəlib Fövqəladə Hallar Nazirliyinə şikayət edəcəklər. Dünən bazar günü olmasına baxmayaraq Xocavənd rayonundan qaçqın düşən və Beyləqanın Mil qəsəbəsində məskunlaşan həmin şikayətçilər yenidən pia.az-a müraciət edib kömək istəyiblər. Müraciətdə bildirilir ki, Xasay Əhmədov və adamları onları zorla qanunsuz istismar etdikləri karyer ərazisindən çıxarmağa çalışırlar. Şikayətçi tərəf bildirir ki, onlar həmin ərazidə 1994-cü ildən məskunlaşıblar. İndii isə Xasay Əhmədov onları həmin ərazidən çıxarmaq üçün açıq şəkildə zorakılıq tətbiq edilir. Belə ki, bir neçə gün bundan əvvəl axşam saatlarında üzlərinə qara maska taxmış şəxslər onların evinə hücum edib. Qara «CİP»də gələn maskalılar uzun müddətdir ərazidən köçməkdən imtina edən Məmmədov Şiraslan Adil oğlunu maşına basaraq aparıblar. Bir neçə saatdan sonra isə Şiraslan Məmmədovu yaxınları ölümcül döyülmüş vəziyyətdə tapıblar. Maskalılar ölümcül döydükləri Şiraslan Məmmədova bildiriblər ki, əgər ərazidən köçüb getməsələr, ailə üzvlərinin başına min bir oyun açacaqlar. Hazırda döyülmüş şəxsin vəziyyəti ağır olduğu üçün o Bakı şəhərinə gətirilib və xəstəxanaya yerləşdirildiyi bildirilir. Qara maskalılar isə tapılmayıb. Onların axtarışı ilə hüquq-mühafizə orqanları məşğul olur. Ancaq məsələ heç də bunula bitməyib. Şikayətçi tərəf bildirib ki, döyülmə hadisəsindən sonra onlara bir qadın zəng edərək MTN-dən olduğunu və ərazini tərk etməzlərsə başlarının ağrıyacağını bildirib. Aparılan araşdırma zamanı məlum olub ki, zəng edən qadının MTN-lə heç bir əlaqəsi yoxdur. Sadəcə Mil bələdiyyəsinin sədri, Xasay Məmmədovun yeznəsi Gülağa Şərbətovla tanışlığı var. Həmin qadının həmçinin psixi problemləri olduğu da bəlli olub. Şikayətçilər bildirirlər ki, Gülağa Şərbətov davamlı olaraq ərazidən köçmək üçün Xasay Əhmədovun adından onlara təzyiqlər edir. Şikayətçilər həmçinin onu da qeyd edirlər ki, onların ehtimalına görə Şiraslan Məmmədovu vəhşicəsinə döyən qara maskalılar hazırda karyeri işlədən Xasay Əhmədovun digər yeznəsi Novruz Quliyevin adamları olub. Qeyd edək ki, şikayətçilərin bildirdiyinə görə hər gün keçmiş icra başçısına külli miqdarda qazanc gətirən karyer heç bir yerdə qeydiyyatdan keçməyib. Karyerin işləməsi ilə bağlı nə Ekologiya və Təbii Sərvətlər Nazirliynin, nə də Fövqəladə Hallar Nazirliyinin rəsmi icazəsi yoxdur. Sadəcə həmin nazirliklərin Beyləqan nümayəndələri Xasay Əhmədovdan aylıqlarını alırlar. Heç bir yerdə qeydiyyatda olmadığına görə Xasay Əhmədov əldə etdiyi qanunsuz gəliri dövlətdən gizlədir və hər il vergidən milyon manatlarla vəsait yayındırır. Karyerin uzun müddət çalışmasını nəzərə alınsa, Xasay Əhmədovun vergidən yayındırdığı vəsait 10 miyon manatlarla ölçülməlidir. Bildilir ki, həmin karyerdə işlərə hazırda Xasay Əhmədovun yeznəsi Novruz Quliyev və Ekologiya və Təbii Sərvətlər Nazirliyndə çalışan oğlu Mehrac Əhmədov rəhbərlik edir. Hər gün adı keçən karyerdən 30 vaqon qum və çınqıl Bakıya yola salınır. Bundan başqa 50-dən artıq ağır tonnajlı maşınlar ərazidən qum və çınqıl daşıyır ki, bu da ərazidəki yolları sıradan çıxarır. Şikayətçilər bildirilər ki, hazırda bir il əvvəl çəkilən yollar tamamilə yarasız hala düşüb. \ pia.az \ Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq… Geri qayıt |