Əsas Səhifə > Güney Press, Araşdırma > ELÇİBƏYİN DOĞUM GÜNÜ SUYU KƏSDİ...
ELÇİBƏYİN DOĞUM GÜNÜ SUYU KƏSDİ...15-07-2013, 13:50 |
Qafqazregion.az saytına Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsi, 57 ünvanda yaşayan, fəxri dəmiryolçu, əmək veteranı, təqaüdçü Şaban Rzayevin şikayət ərizəsi daxil olub. Şikayət ərizəsində aşağıdakılar qeyd olunur: “Biz bir neçə qonşu 10 ildən artıqdır ki, bir təşkilata gələn su xəttindən icazəli olaraq özümüzə su xətti çəkmişik. Su pulunu da hər ay dövlətə, daha doğrusu, su idarəsinə ödəyirik. 10 gün olar ki, ana xəttin başında təmizləmə işləri aparıldığı üçün bizə su gəlmirdi. 23 iyunda təmiri başa vurub suyu buraxdılar. 24 iyunda xəttindən istifadə etdiyimiz təşkilatın səlahiyyətlisi- ya rəisdir, ya da müavin, gəlib qaynaq aparatı ilə bizim suyumuzu kəsdilər. Mən 1 gün vaxt istəsəm də imkan vermədilər. Dedim ki, bu gün eks-prezident Əbülfəz Elçibəyin doğum günüdür, mən qəbir üstünə gedirəm. Sizin bu hərəkətinizi həm Elçbəyin ruhuna, həm də mənə hörmətsizlik kimi qəbul edirəm. Yayın bu istisində suyu kəsərlərmi? Sizin vicdanınız varmı..? Mən bu rəisə-müavinə “bəy” deyə müraciət edəndə acıqlı surətdə “mənə bəy demə, müəllim de” deyərək, hətta bəylərin ünvanına xoşagəlməz ifadə işlətdi və layiqli cavabını da aldı. Açıq-açığına “bəy” sözünü eşitmək istəməyən bu rəis bilərəkdən bizə müstəqillik qazandıran Elçibəyin doğum günü mənim suyumu kəsdi. Məhz mənim suyumu kəsmək əsl yezidlikdir. Mən həmin gün Elçibəyin qəbrini ziyarət etdim və bir günün içərisində yeni bir xəttdən su çəkdim. Ancaq şüurlu surətdə edilmiş pisliyi heç cür qəbul edə bilmirəm. Sizə yazmaqla bir az yüngülləşirəm. Bu yerdə sizin jurnalist qələminiz kara gəlir. Mənə ən çox pis təsir edən odur ki, bu şəxs Azərbaycanda doğulub, böyüyüb, vəzifə tutur, bldiyimə görə həddən artıq varlanıb və dilimizin ən gözəl sözü olan “bəy” sözünü eşitmək istəmir. Bizi incidən, bizə zülm edən belə vəzifə sahibləridir. Allahım, bizi belələrindən qoru, cəzasını özün ver. Amin!” Geri qayıt |