Əsas Səhifə > Güney Press, Araşdırma > NOVXANIDA ƏSƏBLƏR YENİDƏN GƏRİLİB

NOVXANIDA ƏSƏBLƏR YENİDƏN GƏRİLİB


16-07-2013, 11:28
NOVXANIDA ƏSƏBLƏR YENİDƏN GƏRİLİB
QAZ YOXDUR, AMMA SAYĞAC VAR

Bakının Novxanı çimərliyi yaxınlığında yerləşən “Sarıqaya” massivindəki məcburi köçkün düşərgələrində bu ilin əvvəlində quraşdırılan Smartkart tipli sayğaclar, sovet dönəmindən qalma köhnə sayğaclarla əvəzlənir.
Bu barədə Moderator.az-a özəl mənbə məlumat verib. Mənbənin sözlərinə görə, sayğacların dəyişdirilməsinə səbəb sayğac quraşdırılmasına etiraz edən köçkünləri neytrallaşdırmaqdır: “Bu ilin aprel-may aylarında qaz xəttinin olmadığı düşərgələrdə smartkart sayğaclarının quraşdırılması məcburi köçkünlər tərəfindən ciddi etiraza səbəb oldu. Nəticədə, Sumqayıt-Novxanı magistral yolunu bir neçə dəqiqəliyinə bağlayan sakinlər bununla problemi əlaqədar qurumların diqqətinə çatdıra bildilər. Bundan sonra smartkartların quraşdırılması dayandırıldı. Lakin bugünlərdə məcburi köçkün düşərgəsində smartkart tipli sayğacların sovet dönəminə məxsus sayğaclarla əvəzlənməsi prosesi başladılıb. Məqsəd qazın olmadığı mənzillərdə elektrik sayğaclarının quraşdırılmasına etiraz edən vətəndaşları sayğac sisteminin tətbiqinə razı salmaqdır.
Vətəndaşların sözlərinə görə, qaz olmadığı üçün bütün ehtiyaclarını elektrik enerjisi ilə qarşılayırlar ki, bu da hər ay sonu ciddi miqdarda enerji borcu deməkdir. Buna görə də köçkünlər öncə mənzillərin qazla təmin edilməsini, yalnız bundan sonra sayğac quraşdırılmasını lazım hesab edir. Düşərgələrdə smartkartların köhnə sayğaclarla əvəzlənməsi isə yetkililərin əraziyə qaz çəkmədən mənzilləri nəyin bahasına olursa-olsun sayğaclaşdırmaq istədiyindən xəbər verir. Məcburi köçkünlər isə hesab edir ki, mənzillər qazla təmin dilməyəcəyi təqdirdə sayğac qoyuluşuna yeni bir ertiraz aksiyası ilə cavab verəcək və öz mübarizələrinə qaldıqları yerdən davam edəcəklər ”.

Geri qayıt