Əsas Səhifə > Sosial, Manşet > ASTARANIN İCRA BAŞÇISININ QANI QARALIB
ASTARANIN İCRA BAŞÇISININ QANI QARALIB16-07-2013, 11:41 |
PREZİDENTİN YOL TİKİNTİSİNƏ PUL AYIRMASI XƏBƏRİNƏ SEVİNMƏYİB DİA.AZ: - Məlum olduğu kimi, bu günlərdə Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, otuz üç min nəfər əhalinin yaşadığı 45 yaşayış məntəqəsini birləşdirən Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə və Siyaku-Rinə avtomobil yollarının tikintisi məqsədi ilə dövlət büdcəsindən 3,3 milyon manatı Astara Rayon İcra Hakimiyyətinə ayrılsın. Amma deyəsən, prezidentin bu addımından narazı qalanlar var. Hər halda, DİA.AZ-a Astara rayon icra hakimiyyətindəki qaynaqların ötürdüyü informasiyadan belə aydın olur. Məlumatlı mənbə iddia edir ki, konkret olaraq icra başçısı Qəzənfər Ağayev Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə və Siyaku-Rinə avtomobil yollarının tikintisi üçün pulun ayrılmasına sevinməkdənsə, qanı qaralıb. Mənbənin DİA.AZ-a söylədikləri: «İcra başçısı birinci müavinin yanında, «batdıq» deyərək iki əli ilə başını tutub. Bu isə o deməkdir ki, ayrılan pullar icra hakimiyyətinə çatmasa da, yol çəkilməlidir və onların üzərinə belə bir öhdəlik qoyulub». Mənbə bildirir ki, ümumiyyətlə, bu şəkildə pul ayrılmaları zamanı arada olan işbazlar təyinat yerinə yalnız arylına vəsaitin çox cüzi hissəsini çatdırırlar. Mənbəmizin iddiasına görə, bu dəfə də Astaraya yalnız 1 milyon manata yaxın pul çatacaq ki, yerdə qalan vəsaiti icra başçısı yerli qaynaqlar hesabına təmin etməlidir: «Bu, o deməkdir ki, yerdə qalan pullar yerli əhalidən, sahibkarlardan, idarə müdirlərindən toplanacaq». Bütün tərəfləri dinləməyə hazırıq. Geri qayıt |