Əsas Səhifə > Dünya > ANNANDAN İRANA JEST

ANNANDAN İRANA JEST


16-07-2013, 11:46
ANNANDAN İRANA JEST
"SURİYADA İRANSIZ SÜLH MÜMKÜN DEYİL"

Ekspertlər Suriya münaqişəsinin həllinə təsir göstərə biləcək ölkələrin danışıqlara cəlb edilməsini zəruri sayırlar.

SalamNews-un “alalam.ir”ə istinadla verdiyi məlumata görə, bunu BMT-nin sabiq baş katibi Kofi Annan Moskvada keçirilən "dəyirmi masa"da bildirib. O, “Sülh və müharibə” mövzusundan yazdığı əsərin təqdimetmə mərasimində Suriya münaqişəsindən danışaraq, məsələnin həlli istiqamətində bütün təsiredici ölkələrin, o cümlədən İran və Səudiyyə Ərəbistanının “Cenevrə 2” konfransında iştirak etməsinin zəruriliyini, İran kimi dövlətlərin iştirakı olmadan keçirilən danışıqların münaqişənin həll ilə nəticələnməyəcəyini söyləyib.

K.Annan Suriya münaqişəsinin həllində təsiredici dövlət və qüvvələrin bir araya gətirilməsi üçün beynəlxalq müstəvidə görülən işlərin çox az olduğunu deyib. O, həmçinin Suriya müxalifətinin həm hərbi və həm siyasi baxımdan pərakəndə olmasını sübbut gətirərək bildirib ki, BMT-nin bu istiqamətdə apardığı işlər kafi deyil.

Xatırladaq ki, Kofi Annan Əxdər İbrahimidən əvvəl BMT-nin Suriya münaqişəsi üzrə nümayəndəsi idi.

Geri qayıt