Əsas Səhifə > Sosial, Manşet > AYDIN ƏLİYEVİN İŞÇİSİ 1 MİLYONLUQ YAXTA ALDI

AYDIN ƏLİYEVİN İŞÇİSİ 1 MİLYONLUQ YAXTA ALDI


16-07-2013, 12:57
AYDIN ƏLİYEVİN İŞÇİSİ 1 MİLYONLUQ YAXTA ALDI
«ROKFELLER» BU BAHALI ALIŞ-VERİŞİ İLƏ OLİQARXLAR SIRASINA QOŞULUR

DİA.AZ: - «Astara gömrük idarəsinin rəisi Hikmət Məmmədov özünə qiyməti 1 milyon ABŞ dollarına olan yaxta alıb». Bu ilginc məlumatı DİA.AZ-a gömrük orqanlarındakı mənbəmiz ötürüb.

Hər halda, kimin nəyi neçəyə alması bizim işimiz olmasa da, bir gömrük məmurunun belə bir bahalı alış-verişdə bulunması ən azından müvafiq dövlət qurumlarının araşdırma aparması üçün kifayət qədər cəlbedici faktdır.

Məlumatı DİA.AZ-a verən mənbə onu da bildirdi ki, Hikmət Məmmədovun aldığı yaxta artıq Xəzər sularına qovuşub və dünən onu sınaqdan keçiriblər.

Geri qayıt