Əsas Səhifə > Cəmiyyət, Manşet > ŞEYX QUDASININ GÜDAZINA GEDƏ BİLƏR
ŞEYX QUDASININ GÜDAZINA GEDƏ BİLƏR16-07-2013, 15:24 |
FRANKFURT SƏFƏRİNİN ARDINDAN... DİA.AZ: - Hakimiyyətdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadəyə qarşı münasibət dəyişib. DİA.AZ bildirir ki, bu barədə 30gun.az xəbər yayıb. Portala etibarlı mənbənin verdiyi məlumata görə, buna səbəb bir müddət öncə Allahşükür Paşazadənin Frankfurt bazarlığı ilə əlaqələridir. Məlumatlara görə, QMİ sədri Frankfurta getməzdən əvvəl Çexiyada olub. Şeyxülislam qardaşı Cavanşir Paşazadə ilə Karlovı Varıda şərik işlətdiyi hotellərinə də baş çəkib. Şeyxin hədəfə gəlməsinə səbəb isə Çexiyada olarkən qudası, Türkiyəli iş adamı Əli Evsenlə görüşməsi olub. Adı qalmaqallarda hallanan Əli Evsenlə Allahşükür Paşazadənin hansı səbəbdən görüşü izah edilmir. Yalnız ehtimalla bildirilir ki, Allahşükür Paşazadə qudası Əli Evsenlə Avropada biznesini genişləndirmək sahəsində şərikli mübadilə aparıb. Lakin QMİ sədrinin artıq böyük biznes imperiyasına malik olması onun rəqiblərini hərəkətə gətirib. Elə bu baxımdan da Allahşükür Paşazadə hakimiyyətdə ona qarşı münasibətin dəyişdiyini hiss edir. Mənbənin sözlərinə görə, adı bir müddət əvvəl İnterpolun qara sıyasısında yer alan Əli Evsenin məsələsi hələ bitməyib: "Son zamanlar hakimiyyət dəhlizlərində Allahşükür Paşazadəyə qarşı yeni koalisiya yaranıb. Elə bu səbəbdən də mətbuatda şeyxin adı "qırmızı" xətlə keçir. Ola bilsin ki, yaxın zamanlarda QMİ sədrinin qudası Əli Evsenin Azərbaycandakı biznes sahələrində ciddi araşdırmalar aparılısın və onun bir sıra cinayət əməllərinə yol verdiyi aşkarlansın. Əslində bu Allahşükür Paşazadəyə qarşı yeni sanksiya olacaq. Hakimiyyətdə müəyyən qüvvələr var ki, Allahşükür Paşazadənin Qafqaz Müsəlmanları İdarəsindən kənərlaşdırılmasına nail olmaqla onun biznesini ələ keçirməyə çalışırlar. Ona görə də şeyxin "vurulması" gözləniləndir. Bu halda təbii ki, Türkiyəli iş adamı Əli Evsen "kartından" da istifadə oluna bilər. Onu da nəzərə almaq lazımdır ki, QMİ sədri qudasını həmişə müdafiə edib. Əlbəttə ki, bu da hakimiyyətdə yaxşı qəbul olnumayıb və Allahşükür Paşazadəyə qarşı münasibətin dəyişməsinə səbəb olub". Geri qayıt |