Əsas Səhifə > Cəmiyyət, Manşet > «ROYAL BANK» ƏMANƏTÇİLƏRİ ŞİKAYƏTÇİ DÜŞÜB
«ROYAL BANK» ƏMANƏTÇİLƏRİ ŞİKAYƏTÇİ DÜŞÜB16-07-2013, 15:41 |
ONLAR AİHM-Ə MÜRACİƏT EDƏCƏK DİA.AZ: - Redaksiyamıza müraciət edən bir qrup «Royal Bank» əmanətçisi hələ də bankda batan pullarının qarşılığını ala bilməyiblər. Halbuki az əvvəl rəsmi şəkildə yayılan məlumatlarda deyilirdi ki, pulları batan əmanətçilərin vəsaitləri qarşılanacaq. Xatırladaq ki, Mərkəzi Bank tərəfindən müflis elan edilən «Royal Bank»ın əmanətçiləri bu hadisəyə etiraz edirlər və əsas şikayətləri də bank hesablarının sığorta haqqının tanınmamasındandır. Əmanətçilər DİA.AZ-a açıqlamalarında bildiriblər ki, əslində «Royal Bank»ın müflisləşməsi siyasi hadisə idi: «Hər şey «VikiLiks»in açıqlamasından sonra başladı. Bankın rəhbərliyi İranın xüsusi xidmət orqanları ilə əlaqədə ittiham olundu. İndi bu adam Dubayda kef edir, bizim pullarımızın qarşılığında isə bizə qəpik-quruş verirlər». Əmanətçilər redaksiyamıza onu da bildiriblər ki, «Royal Bank»da tapdanan hüquqlarının müdafiəsi məqsədilə bir qrup əmanətçi Avropa İnsan Haqqları Məhkəməsinə müraciət etməyə hazırlaşır: «Hələlik Azərbaycandakı məhkəmə instansiyalarını aşırıq. Bu proses bitəndən sonra Avropaya üz tutacağıq». Geri qayıt |