Əsas Səhifə > Dünya > HİNDİSTANDA FACİƏLİ OLAY

HİNDİSTANDA FACİƏLİ OLAY


17-07-2013, 10:18
HİNDİSTANDA FACİƏLİ OLAY
ZƏHƏRLƏNMƏDƏN 20 UŞAQ DÜNYASINI DƏYİŞİB

FaktXəbər-in verdiyi məlumata görə, Hindistanın şərqində kənd məktəblərinin birində nahardan sonra 20 uşaq vəfat edib, onlarla uşaq isə özünü pis hiss edib.

Kütləvi zəhərlənmə Bahir ştatında məktəbdə baş verib. Hazırda mütəxəssislər uşaqlara verilən yeməyin tərkibini araşdırırlar.

Yerli sakinlər isə Times of İndia qəzetinə müsahibələrində yeməyin hazırlanmasında istifadə olunan yağdan ağırlaşmış iy gəldiyini bildiriblər.

Tibb işçiləri bəzi uşaqların vəziyyətinin ağır olduğunu nəzərə alaraq, qurbanların sayının arta biləcəyindən narahatdır. Qeyd edək ki, şagirdlər heç 12 yaşa çatmayıblar.

Baxir Hindistanın ən yoxsul ştatlarından biridir. Yerli hökumət ölmüş uşaqların ailələrinə təzminat verəcəklərini elan ediblər.


HİNDİSTANDA FACİƏLİ OLAY
HİNDİSTANDA FACİƏLİ OLAY
HİNDİSTANDA FACİƏLİ OLAY
HİNDİSTANDA FACİƏLİ OLAY

Geri qayıt