Əsas Səhifə > Güney Press, Üçüncü sektor > GÜLƏR ƏHMƏDOVANIN SAYTI FƏALİYYƏTİNİ DAYANDIRDI

GÜLƏR ƏHMƏDOVANIN SAYTI FƏALİYYƏTİNİ DAYANDIRDI


17-07-2013, 10:37
GÜLƏR ƏHMƏDOVANIN SAYTI FƏALİYYƏTİNİ DAYANDIRDI
«MERKEZ.AZ» İŞLƏMİR

DİA.AZ: - Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevlə mandat bazarlığı işində adı hallandırılan və sonradan dələduzluq ittihamı ilə həbs edilən keçmiş YAP-çı deputat Gülər Əhmədova həm də bir media patronu olaraq da tanınırdı. DİA.AZ xatırladır ki, keçmiş deputat «Mərkəz» qəzetinə və «merkez.az» saytına da rəhbərlik edirdi.

Lakin Gülər Əhmədovanın həbsindən sonra həm qəzetin və həm də saytın fəaliyyəti dayandırılmışdı. Amma son günlərə qədər internetdə «merkez.az» ünvanını ziyarət etmək mümkün idi. Doğrudur xəbərlər yenilənmirdi, amma portala giriş mümkün idi.

Bu gündən etibarən isə «merkez.az» portalı da fəaliyyətini dayandırıb.

Geri qayıt