Əsas Səhifə > Şou-biznes > «ONLARIN DA ARZUSU ODUR Kİ, VƏTƏNİMDƏ XOŞBƏXT OLUM»

«ONLARIN DA ARZUSU ODUR Kİ, VƏTƏNİMDƏ XOŞBƏXT OLUM»


26-12-2011, 11:15
«ONLARIN DA ARZUSU ODUR Kİ, VƏTƏNİMDƏ XOŞBƏXT OLUM»

SAMRİNA EVLİLİK TƏKLİFİNİ DƏYƏRLƏNDİRDİ

DİA.AZ: - Bir neçə gün əvvəl məlumat verərək bildirmişdik ki, gəncmüğənni Samrinaya redaksiyamızın araçılığı ilə evlilik təklifi edilib. Bu istəklə DİA.AZ-a telefon açan və özünü əslən Güney Azərbaycandan olduğunu bildirən və hazırda ABŞ-da iş adamı kimi çalışdığını söyləən Tağı Şahabniya adlı şəxs bildirmişdi ki, o, Samrinaya aşiq olduğunu və onunla ailə həyatı qurmağa hazır olduğunu da söyləmişdi.

Qeyd edək ki, redaksiya olaraq nəhayət Samrina ilə əlaqə yaratmağa müvəffəq olmuşuq. DİA.AZ-a açıqlama verən gənc müğənni bildirdi ki, o, edilən təklifdən məmnundur: «Amma təəssüflər olsun ki, qəbul edə bilməyəcəm».

Gənc müğənni söylədi ki, ailəsinin tək qızıdır: «Kimsə düşünməsin ki, maddi səbəbdən mən ailə həyatı quraram. Valideynlərimin iki evi və 3 maşınımız var. Onların da arzxusu odur ki, mən vətənimdə xoşbəxt olum».


Geri qayıt