Əsas Səhifə > Güney Press, Üçüncü sektor > MƏMURLARIN QORXULU RÖYASI GƏLİR

MƏMURLARIN QORXULU RÖYASI GƏLİR


17-07-2013, 11:09
MƏMURLARIN QORXULU RÖYASI GƏLİR
HESABLAMA PALATASI QOLLARINI ÇIRMAYIB

Hesablama Palatasından bəzi məmurlara qara xəbər var. Məsələ burasındadır ki, Heydər Əsədovun rəhbərlik etdiyi qurum prezidentin ehtiyat fondundan ayrılan vəsaitlərin necə xərcləndiyini müəyyənləşdirmək üçün geniş çaplı yoxlama dalğasına başlayır.
Dünən yayılan məlumatda bildirilirdi ki, Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib. Palatadan verilən məlumata görə, iclasda Şabran rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən və dövlət büdcəsinin ehtiyat fondundan ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi, Bakı şəhərinin Yasamal rayonu üzrə Dövlət Torpaq Fondunun (o cümlədən dövlət mülkiyyətində olan torpaqların) bölgüsü, istifadə vəziyyəti və onun barəsində verilmiş sərəncamların uyğunluğu ilə bağlı Audit proqramlarının aparılacağı bildirilib.
Həmçinin qeyd olunub ki, dövlət büdcəsindən Azərbaycan Respublikasının Çin Xalq Respublikasında Səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin icrası, dövlət rüsumlarının hesablanması və ödənilməsi, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin tabeliyində olan "Azərbaycan Dəmir Yolları" QSC-nə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan ayrılan vəsaitlərin istifadəsi və Qazax rayon İcra Hakimiyyətinə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılan vəsaitlərin istifadəsi üzrə Audit proqramları təsdiq edilib.
Şübhə yoxdur ki, bu auditlər bəzi məmurlarda ciddi əndişəyə yol açacaq. Azərbaycanda büdcə və büdcədənkənar vəsaitlərin şəffaf xərclənməsi istiqamətində köklü problemlərin olduğu bir şəraitdə əksini düşünmək sadəlöhvlük olardı. Bir çox məmurların həmin vəsaitlərlə "şəxsi cibxərcliyi" kimi rəftar etməsi nümunəsinin geniş yayıldığı Azərbaycanda aparılan auditlərin yüksək vəzifəlilərin "örtülü bazar"ını pozduğu sirr deyil.
Ehtimal ki, yenə belə olacaq. Bu cür yoxlamalar sonucu hətta bəzi məmurların "qələminin qırılması" istisna olunmamalıdır.
\ unikal \
Geri qayıt