Əsas Səhifə > Sosial, Manşet > İSMƏT ABBASOVUN AYAĞINA YAZILACAQ AYIB

İSMƏT ABBASOVUN AYAĞINA YAZILACAQ AYIB


18-07-2013, 09:59
İSMƏT ABBASOVUN AYAĞINA YAZILACAQ AYIB
NEFT ÖLKƏSİNİN LERİK RAYONUNDA TAXILI ƏLLƏ BİÇMƏK ZORUNDADIRLAR

DİA.AZ: - Sovetlər Birliyinin dağılması ilə onun qoşqusunda olan Anqola, Kuba, Nikaraqua kimi dövlətlər də iqtisadi tənəzzülə uğradı. Hər halda sovet məktəblilərinə satılan “marka pulu” hesabına “ayaqda duran” bu ölkələrin müstəqil qaydada mövcudluqları xeyli çətinləşdi. Ən acınacaqlı durumda olanlardan biri isə Kubadır. Artıq torpağı dədə-baba qaydasında – öküzlərin gücü ilə şumlayan, əkən kubalılar eyni səbəbdən biçini də əllə həyata keçirirlər. Çünki Kubada ciddi şəkildə yanacaq qıtlığı yaşanılır.

Maşallah olsun ki, Azərbaycan neft ölkəsidir və Azərbaycanın belə bir qayğısı olmamalıdır. Amma sən saydığını say, gör, fələk nə sayır...

Bölgələrdən gələn xəbərlərdən də aydın olur ki, Azərbaycan neft ölkəsi olmasına rəğmən əkin-biçində ibtidai metodlara müraciət etməsi baxımından Kubanın ta eynisidir. Məsələn, kombayn, yanacaq olmadığına görə Lerik rayonunun Cəngəmiran kəndində 130 hektar taxıl sahəsi hələ də biçilməyib. DİA.AZ bildirir ki, bu barədə infom.az -a məlumatı kənd sakini Qafarov Müşfiq Aydın oğlu verib.

Onun sözlərinə görə taxılın sahədə batdığını görən sakinlər, taxlı zəmilərini əllə biçmək məcburiyyətində qalıb.

Baş verənlərlə əlaqədar Cəngəmiran kənd bələdiyəsinin sədri Güləddin Şahverənovla telfon əlaqəsi saxladıq. O da faktı təsdiqlədi: “Kənddə texnika adına 1988-ci ildən qalma bir kombayn var, o da cari mövsümdə gec-bəla ilə cəmi 40 hektar sahədə biçin aparıb. 90 hektara yaxın sahədə taxıl hələ də biçilməmiş qalıb. Belə problem təkcə bizim kənddə deyil, əksər yerlərdə movcudur. Vəziyyətin belə olmasından rayon rəhbərliyi də məlumatlıdırlar. Nə olsun, səsimizi eşidən, dərdimizə çarə edən ki yoxdur...”

Geri qayıt