Əsas Səhifə > Dünya > "SƏNİ ONA GÖRƏ GÜLLƏLƏDİK Kİ"...
"SƏNİ ONA GÖRƏ GÜLLƏLƏDİK Kİ"...18-07-2013, 10:43 |
Pakistandakı "Təhrike-Taliban" hərəkatının liderlərindən biri Ədnan Rəşed başından aldığı güllə yarasından sonra uzun müddət müalicə olunan 16 yaşlı Malala Yusufzaya məktub yazıb. Milli.Az The Daily Mail-ə istinadən bildirir ki, məktubunda taliblərin rəhbərlərindən biri atəşə məruz qaldığına görə Malaladan üzr istəsə də, bu aksiyanı əsassız saymır. "Əziz Malala! Sizə məktubu öz adımdan yazıram və bu məktub heç bir halda "Təhrike Taliban Pakistan", ya da başqa cihad dəstəsinin mövqeyi kimi qəbul edilməməlidir. Bannu həbsxanasında olanda BBC-nin urdu dilindəki redaksiyasının proqramınızda sizin barənizdə eşitdim. Siz bizə, taliblərə qarşı çox ağır ittihamlarla çıxış edir, İslamın əsas şərtlərinə üsyan etdiyinizi deyirdiniz. Elə o zaman sizə məktub yazaraq İslama və taliblərə hücumlarınıza son qoymağınızı məsləhət bilmək istəyirdim. Amma olmadı. Taliblər sizə hücum çəkdilər, atəş açdılar. Bunun yanlış və ya düz olduğunu, kimin səhv, kimin doğru olmadığınnı demək istəmirəm. Allah ən yaxşı hakimdir və qoy, o qərar versin. Lakin bəzi məqamlarınızı bilməyiniz gərəkdir. Taliblər təhsili və biliyi sevdiyinizə, məktəbə getdiyinizə görə sizə hücum etməyiblər. Əsla! Belə deyil! Taliblər də bütün mömin müsəlmanlar kimi biliyə və təhsilə çox böyük önəm verir, oğlanlarla yanaşı, qızların da oxumalarını istəyirlər. Bizim "taliblər qızları oxumağa qoymur" kimi ittihamlara hədəf seçilməyimiz Pakistanın Svat vadisində İslam qaydalarının bərqərar olmasına yönəlmiş səyləri ləkələməyə çalışanların çirkin kampaniyasıdır. Sizi ona görə vurdular ki, sürəkli bizə böhtan atır, talibləri düşmən kimi göstərir, yalanlar yazırdınız, - məktubda deyilir. - Deyirsiniz ki, qələm qılıncdan güclüdür. Razıyıq. Onu da deyirsiniz ki, məktəbə getdiyinizə görə vuruldunuz. Yalan deyirsiniz. Belədirsə, niyə Svat bölgəsində on minlərlə qız indi də məktəblərdə oxuyur və onlara kimsə mane olmur?!" - məktubda deyilir. Geri qayıt |