Əsas Səhifə > Sosial, Manşet > QƏZETLƏR ARASINDA «3-CÜ DÜNYA SAVAŞI» BAŞLADI

QƏZETLƏR ARASINDA «3-CÜ DÜNYA SAVAŞI» BAŞLADI


18-07-2013, 11:35
QƏZETLƏR ARASINDA «3-CÜ DÜNYA SAVAŞI» BAŞLADI
«YENİ MÜSAVAT» QƏZETİNDƏN «GÜNDƏM XƏBƏRƏ İTTİHAM VƏ ONA REAKSİYA

DİA.AZ: - Seçki ili olduğundan siyasi düşərgələr arası münasibətlərdəki gərginlik anlaşılandır. Amma bu dəfə diqqətləri çəkən qəzetlər arasında baş verən olay oldu. Belə ki, «Yeni Müsavat» qəzetinin baş redaktorunun birinci müavini, Rauf Arifoğlunun qardaşı Azər Ayxan bu gün özünün «Facebook» səhifəsində yazdığı bir statusu ilə «Gündəm Xəbər» qəzetini yazı oğurluğunda - plagiatlıqda ittiham edib.

DİA.AZ olaraq həmin statusu olduğu kimi təqdim edirik: «"Gündəm Xəbər" qəzeti oğurluqla məşğuldur. "Yeni Müsavat"da bir neçə gün öncə çıxmış manşet yazısını nöqtə-vergülünə toxunmadan bu gün çap ediblər. İstinadsız-filansız. Özü də bu, birinci hal deyil. Ayıb olsun bu qəzetin rəhbərliyinə. Utanın, xəcalət çəkin».

QƏZETLƏR ARASINDA «3-CÜ DÜNYA SAVAŞI» BAŞLADI

DİA.AZ bildirir ki, «Gündəm Xəbər» qəzetinin bu olaya reaksiyası da gecikməyib. Qəzetin baş redaktoru Nəsimi Şərəfxanlı Azər Ayxanın ittihamlarını aşağıdakı şəkildə yorumlayıb: «Mümkündür. Güman ki, "Gündəm Xəbər" son illər ərzində Azər Ayxanın nəzərdə tutduğu qəzetdə PA-da yazılmayan yazı aşkarlayıb və bunu ictimaiyyətə göstərmək istəyir. Ayıbın kime olmasının müəyyənləşdirmək üçün "facebook" da «ayıb» və «Azər Ayxan» sözlərini paralel axtarmaq lazımdır»...

Onu da bildirək ki, bundan sonra Azər Ayxan ağır ifadələrlə Nəsimi Şərəfxanlının reaksiyasını cavablandırıb.

Geri qayıt