Əsas Səhifə > Cəmiyyət, Manşet > FAZİL MƏMMƏDOV ACIĞA DÜŞÜB İSTEFA VERİB

FAZİL MƏMMƏDOV ACIĞA DÜŞÜB İSTEFA VERİB


18-07-2013, 14:28
FAZİL MƏMMƏDOV ACIĞA DÜŞÜB İSTEFA VERİB
MƏMURLAR ARASINDA «RAZBORKA»

DİA.AZ: - Redaksiyamıza bu dəqiqələrdə ilginc bir məlumat daxil olub. İnformasiyalı qaynaqlardani DİA.AZ-a ötürülən xəbərə görə, vergilər naziri Fazil Məmmədov bir neçə gün əvvəl istefa ərizəsi yazıb. Mənbə iddia edir ki, Fazil Məmmədovun belə bir addımı atmasına nədən onunla fövqəladə hallar naziri Kəmaləddin Heydərov arasında olan qalmaqal nədən olub.

Mənbənin DİA.AZ-a söylədikləri: «Fazil Məmmədovun Kəmaləddin Heydərovla mübahisəsi düşüb. İki nazir arasında qalmaqalın nədənləri haqqında çox şey bilinmir. Dünənə qədər Fazil Məmmədov FHN şefinin adamı kimi tanınıb. Doğrudur, bir ara belə bir məlumat yayıldı ki, vergilər nazirliyi Kəmaləddin Heydərovun kurasiyasından çıxır. Amma bunlar yalan idi.

İndi isə buy alan gerçək ola bilər. Çünki Fazil Məmmədovla FHN şefinin münasibətlərində ciddi problem var. Hətta məsələyə hakimiyyətin üst düzəyi tərəfindən belə müdaxilə olunub. Və əsəbi şəkildə istefa ərizəsi yazan Fazil Məmmədovun qərarı geri çəkilib».

Mənbə iddia edir ki, Fazil Məmmədovla FHN şefinin arasındakı gərginlik onların arasının vurulmasının təzahürüdür: «Bu işdə isə Prezident Administrasiyası rəhbərinin adı da hallandırılır».

Geri qayıt