Əsas Səhifə > Şou-biznes > MİRŞAHİN REPERƏ CƏZA KƏSTİRTDİ

MİRŞAHİN REPERƏ CƏZA KƏSTİRTDİ


26-12-2011, 15:57
MİRŞAHİN REPERƏ CƏZA KƏSTİRTDİ

ELŞAD XOSEYƏ 6 AYLIQ CƏZA

Tanınmış reper Elşad Xoseyə hökm oxundu. Məhkəmənin hakimi Tahir İsmayılov
“Qafqazinfo”ya bildirib ki, bu gün Yasamal rayon Məhkəməsində ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev tanımış reper Elşad Xose ilə bağlı iddiasına baxılıb. Məhkəmənin hökmü ilə Elşad Xose 6 ay müddətinə islah işlərinə cəlb edilib.

Qeyd edək ki, M. Ağayev reperin xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə cəzalandırılması tələbi ilə Yasamal rayon Məhkəməsinə müraciət edib. Müraciətdə Elşad Xosenin onun şərəf və ləyaqətini alçaldan ifadələr işlətməsini əsas gətirərək məhkəmədən tədbir görməsini xahiş edib.

Onu da əlavə edək ki, 147-ci maddə tələbi ilə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəza nəzərdə tutulub.

Xatırladaq ki, E. Xose bir müddət əvvəl keçirdiyi mətbuat konfransına M. Ağayev haqda təhqiramiz ifadələr işlətmişdi.


Geri qayıt