Əsas Səhifə > Sosial, Manşet > İQTİDARDAXİLİ QRUPLAŞMALARA ZƏRBƏ HAZIRLANIR

İQTİDARDAXİLİ QRUPLAŞMALARA ZƏRBƏ HAZIRLANIR


19-07-2013, 11:38
İQTİDARDAXİLİ QRUPLAŞMALARA ZƏRBƏ HAZIRLANIR
ÜMUMİQTİDAR MARAQLARINA TƏHDİD OLAN FİQURLAR ÇIXDAŞ EDİLƏCƏK

DİA.AZ: - «Seçkilərə bir ay müddət qalmış nazirlərdən biri vəzifəsindən alınacaq» şəklində sensassion açılama verən mötəbər mənbə DİA.AZ-a bildirib ki, bununla bərabər bir neçə yüksək ranqlı dövlət məmurunun da hakim düşərgədən qovulması planlaşdırılır.

Xatırladaq ki, hakimiyyətin yuxarı eşalonunda kadr islahatlarının gözlənilməsilə bağlı hələ xeyli əvvəldən məlumatlarımızı sizinlə paylaşmışdıq. Bilgili qaynağın iddialarına görə, prezident seçkiləri ərəfəsində bir neçə nəfər «vurulsa da», seçkidən sonra çox ciddi dəyişikliklər baş verəcək:

«Hakimiyyət öz daxilində ciddi «təmizləmə» əməliyyatı hazırlayır. Burada prezidentə sədaqət faktoruna xüsui önəm veriləcək».

Mənbəmiz onu da əlavə edib ki, əslində gözlənilən islahatların arxasında dayanan əsas məqam hakimiyyətdə itirilmiş monolitliyin bərpasıdır: «Elşad Abdullayevlə bağlı yaranmış gərginlikdən də aydın oldu ki, iqtidar daxilində ciddi parçalanmalar var. Artıq bu rəsmən təsdiqlənib. Və elə bu səbəb hakimiyyəti total islahatlara vadar edib. İç qruplaşmaların ləğvi üçün xüsusi bir ssenari hazırlanır və həbsləri də göz önünə gətirmək lazımdır. Ən azından hər hansı müqavimətin önlənməsi üçün»…

Geri qayıt