Əsas Səhifə > Güney Press, Üçüncü sektor > MƏHKƏMƏ HAKİMİNİN OĞLU HƏBS EDİLDİ

MƏHKƏMƏ HAKİMİNİN OĞLU HƏBS EDİLDİ


19-07-2013, 11:51
MƏHKƏMƏ HAKİMİNİN OĞLU HƏBS EDİLDİ
FAKT NƏDƏN GİZLƏDİLİR?

Bərdə rayon Məhkəməsinin keçmiş sədri, hazırda Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi olan Nizami Quliyevin oglu həbs olunub. Qafqazregion.az-a daxil olan məlumata görə, bir müddət əvvəl N.Quliyevin oglu cinayət əməli törətdiyi üçün haqqında həbs qətimkan tədbiri seçilib.

Məlumatda qeyd olunur ki, bu fakt N. Quliyevin vəzifəsi ilə bağlı ictimaiyyətdən gizlədilib.

Mənbə bildirir ki, məhkəmə hakiminin oğlu Beyləqanda hərbi hissədə qulluq edərkən əsgər yoldaşlarına qarşı biabırçı hərəkətə yol verib. Cinayətin motivi bizə bəlli olsa da, etik prinsipləri nəzərə alaraq bunu açıqlamaq istəmirik.

Bu cinayət işi barədə Ədliyyə Nazirliyinin rəhbər şəxsləri də məlumatlıdır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt