Əsas Səhifə > Güney Press, Araşdırma > ARZU RƏHİMOVU PA-DA KİM HİMAYƏ EDİR?

ARZU RƏHİMOVU PA-DA KİM HİMAYƏ EDİR?


19-07-2013, 11:55
ARZU RƏHİMOVU PA-DA KİM HİMAYƏ EDİR?
ONUN İSTEFASI İSTƏNİLDİ

"Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general Arzu Rəhimov məsuliyyətə cəlb edilməldir”.
Bu sözləri Moderator.az saytına “Hərbi Jurnalisitlər” İctimai Birliyinin rəhbəri, polkovnik Üzeyir Cəfərov deyib. Onun sözlərinə görə, A.Rəhimovun bu günə qədərki fəaliyyətində bir sıra ciddi qanunsuzluqlar aşkarlanıb ki, bu da adıçəkilən dövlət yetkilisinin qanun qarşısında cavabdehliyini zəruri edir:
“A.Rəhimovun fəaliyyətində bir sıra məqamlar var ki, burada aşkar qanun pozuntusu özünü aydın surətdə göstərir. Hansı ki, həmin qanun pozuntularının bir çoxu mətbuat səhifələrində də öz əksini tapıb. A.Rəhimov Prezident Adminsitrasiyasında ən yüksək vəzifədə çalışan şəxsin qohumudur. Lakin bu, onu məsuliyyətdən azad etməməlidir. Əgər bu ölkədə həqiqətən də hamı qanun qarşısında bərabərdirsə, A.Rəhimov da məsuliyyətə cəlb olunmalıdır. Ondan etdiklərinin hesabı sorulmalı, bu özbaşınalıqların qarşısı alınmalıdır”.

Geri qayıt