Əsas Səhifə > Partiya > YAP-DAN MÜXALİFƏTƏ CAVAB GƏLDİ
YAP-DAN MÜXALİFƏTƏ CAVAB GƏLDİ20-07-2013, 11:07 |
"Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi mütəmadi olaraq partiyanın yerli strukturlarında görüşlər keçirir. Həmin görüşlərdə partiyanın fəalları iştirak edir və burada partiyadaxili məsələlər, görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunur." SalamNews-un məluamtına görə, bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib. O bildirib ki, bu il ölkəmizdə seçki ili olduğu üçün partiya fəalları ilə seçkilərə hazırlıq məsəlləri də müzakirə olunur, onlara müvafiq tövsiyə və tapşırıqlar verilir. Bu görüşlərdə hər hansı seçki təbliğatı aparılmır. Bəzi müxalifətçilərin, özlərini hüquqşünas adlandıran və guya hüquqi biliyini nümayiş etdirən şəxslərin "YAP seçki təbliğatı aparır" iddialarını ortaya qoyması tamamilə yanlışdır. Yəqin ki, onlar Seçki Məcəlləsindən bixəbərdilər. Hər bir partiya öz üzvləri ilə görüşlər keçirirək müxtəlif mövzularda fikir mübadiləsi, müzakirələr apara bilər. Onun sözlərinə görə, Azərbaycanda seçkilər oktyabr ayında keçiriləcək, amma MSK hələ seçkinin vaxtını elan etməyib. Seçkilər elan edilmədiyi halda kiminsə seçki təbliğatı aparması barədə fikir söyləmək doğru deyil. Bu baxımdan, bizim görüşlərimizi seçki təbliğatı hesab edənlər öz hüquqi savadsızlığını göstərirlər. Hər bir normal partiya öz daxilində seçkilərə əvvəldən hazırlaşmalıdır və YAP da bunu edir. Geri qayıt |