Əsas Səhifə > Güney Press, Üçüncü sektor > AĞCABƏDİ TƏHSİLİNDƏ MİSİR MƏRDANOV RÜZGARI

AĞCABƏDİ TƏHSİLİNDƏ MİSİR MƏRDANOV RÜZGARI


22-07-2013, 10:49
AĞCABƏDİ TƏHSİLİNDƏ MİSİR MƏRDANOV RÜZGARI
Mehdi Əhmədov Mikayıl Cabbarovun təyinatından dərhal sonra müəllimlərdən pul tələb etməyə başlayıb.

Ötən ilin tədris dövrü başa çatsa da, təhsil şöbələri ilə bağlı qalmaqallı xəbərlərin ardı-arası kəsilmir. Xüsusən də, yeni təhsil naziri Mikayıl Cabbarovun təyinatı dövrünə təsadüf edən bu hadisələr daha çox pul yığımı ilə bağlıdır.

Ötən günlərdə bir qrup Ağcabədidən olan müəllimlər TİA.AZ-a müraciət edərək, rayon təhsil şöbəsinin müdiri Mehdi Əhmədovdan şikayətçi düşüblər. Onlar bildirirlər ki, yay tətilində olsalar da, təhsil şöbəsinin müdirinin əlindən canlarını qurtara bilmirlər. Əksinə, Mehdi Əhmədov və adamları vaxtaşırı onlarla rabitə quraraq, pul tələb edirlər.

Müəllimlərin qeyd etdiyinə görə, pul yığma kampaniyası əsasən məktəb direktorları vasitəsi ilə həyata keçirilir. Onlara belə bir təlimat isə Ağcabədi rayon Təhsil Şöbəsindən verilir. Həmin pulu verməyən müəllimlər yeni tədris ilində işdən çıxarılacağı və ya dərs saatlarının azaldılacağı ilə təhdid olunurlar. Şikayətçilər bildirirlər ki, Mehdi Əhmədovun belə bir addımı yeni təhsil naziri Mikayıl Cabbarovun təyinatından dərhal sonra atması onlarda əsaslı şübhələr yaratmağa bğaşlasa da, sonradan məlum olub ki, bütün bunların hamısı məqsədli şəkildə həyata keçirilir. Daha doğrusu, Mehdi Əhmədov yeni nazir gələndən sonra işdən çıxarılacağını düşünərək, bəri başdan pul yığmağa başlayıb. Yəni, işdən çıxarılarsa, yeni iş alana kimi yığdığı pullarla gündəlik güzaranını təmin edə bilsin.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt