Əsas Səhifə > Sosial, Manşet > ƏLİ HƏSƏNOV RƏSMİ QƏZETLƏRDƏN NECƏ PUL QAZANIR?

ƏLİ HƏSƏNOV RƏSMİ QƏZETLƏRDƏN NECƏ PUL QAZANIR?


22-07-2013, 11:11
ƏLİ HƏSƏNOV RƏSMİ QƏZETLƏRDƏN NECƏ PUL QAZANIR?
TİRAJI ÇOX GÖSTƏRİLƏN HAKİMİYYƏT MƏTBUATI ƏSL QAZANC MƏNBƏYİDİR

DİA.AZ: - Bu gün Milli Mətbuatımızın 138-ci yaranış ili qeyd olunur və bu münasibətlə artıq jurnalistlər üçün müxtəlif mükafatlandırma tədbirləri keçirilib, keçirilir. Bunların hamısı gözəldir. Xüsusən də mətbuatımızda külüng vuranların sosial rifah halının ağır olduğu bir şəraitdə onların mənzillə təmin olunması hadisəsi…

Amma nə yazıq ki, bu gözəlliyi yetəripncə korlayanlar da oldu. Prezidentin ayırdığı 5 milyon manata ərsəyə gələn binadakı evləri öz mediası arasında paylaşdıran Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov əslində bu addımı ilə böyük bir yalana da imza atdı.

Təbii ki, bu proses böyük narazılıqla qarşılandı. Və etirazlar davam edəcək də. Ona görə yox ki, eyni vaxtda hamını razı salmaq mümkün deyil və burada da məhz sözügedən faktor önə çıxdı. Ona görə ki, bu proses məhz yuxarıda qeyd etdiyimiz məqamın girovu oldu. Hər halda, ən azından böyük əksəriyyəti razı sala biləcək bir siyahını ortaya qoymaq mümkün idi.

Amma olmadı. Etmədilər. Əli Həsənov istədiklərini siyahıya saldı. Necə ki, KİVDDF adından dövlət büdcəsinin pullarının hesabına öz mediasını maliyyəlişdirir, eləcə də öz mirzələrini də evlə təmin etdi.

İndi də ortaya narazıları susdurmaq üçün yeni bəhanə atıblar. İKİNCİ BİNA GƏLİR…

Gəlsin, amma Əli Həsənovsuz. Yox, biz Əli müəllimin şəxsi ilə bağlı heç bir problem yaşamırıq. Və ona qarşı hansısa formada heç bir arzu-istəyimiz də mövcud deyil. Sadəcə olaraq, daha ədalətli birisinin məlum prosesi yönəltməsi vacibdir. Çünki…

DİA.AZ-a daxil olan faktlar da təsdiqləyir ki, bu gün qeyri-rəsmi olaraq hakimiyyət adından media siasətini yürüdən Əli Həsənov əslində özünə mətbuat imperiyası qurub ki, bu imperiya da birbaşa olaraq onun özəl maraqlarının keşiyindədir. Əlində mətbəəsi, onlarla qəzeti, telekanalı olan Əli Həsənov bu gün çox böyük güc kimi ortaya çıxıb. Hətta maliyyələşdirdiyi qəzetlərdə çalışdığı Prezident Administrasiyası rəhbərliyini topa tutdurmasına rəğmən, öz ünvanına bir kəlməlik də olsa neqativ ruhlu ifadənin yer almasına icazə vermir, bununla barışmır.

DİA.AZ-ı bilgiləndirən mənbə iddia edir ki, bu gün Əli Həsənov dövləti rəsmi qəzetlərin maliyyələşdirilməsi işində də aldadaraq, böyük həcmdə qazanc əldə edir: «Ötəri bir araşdırma rəsmi mətbuatın və Əli Həsənovun mediasının təkcə nəşr olunması prosesində hansı həcmdə qazancın əldə olunduğunu üzə çıxarar. Hər birinin tirajı 1000-1500 arası olan bu qəzetlər «yuxarılara» verilən hesabatda ən azından 5000 nüsxə kimi göstərilir. Bu məsələdə nəşr evləri ilə ortaq hərəkət edilir və aradakı fərqdən əldə edilən qazanc birbaşa olaraq Əli Həsənovun adamları tərəfindən mənimsənilir».

Hər halda, əldə etdiyimiz bilgilər tək bu deyil. Davamı da olacaq. Və istəməzdik ki, bu Mətbuat Günündə qanımızı belə şeylərlə qaraldaq. Amma alınmadı. Çünki ortada qaramat var…

Geri qayıt