Əsas Səhifə > Partiya > "BEYNƏLXALQ TƏŞKİLATLAR QƏLƏT ELƏYİR"...
"BEYNƏLXALQ TƏŞKİLATLAR QƏLƏT ELƏYİR"...22-07-2013, 12:15 |
“Norveçdə yüzlərlə adamı öldürən Breyvikə 21 il, Macarıstanda azərbaycanlıları təhqir etdiyinə görə, erməni zabitini qətlə yetirən Ramil Səfərova ömürlük həbs cəzası verilir. Bu necə demokratiyadır ki, yüzlərlə adamın qatili türmədə cah-cəlal içində, bir adamı öldürən müsəlmanlar isə zülm içində cəza çəkirlər?!”. Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas bəzi beynəlxalq təşkilatların Azərbaycanda söz azadlığının olmadığına dair hesabatlarına münasibət bildirərkən belə deyib. Onun sözlərinə görə, demokratiya qərbə insan hüquqlarını pozmaq, lazım gəldikdə bu ad altında müxtəlid dövlətlərə təzyiq etmək üçün lazımdır: “Fransada “erməni soyqırımı”nı inkar edən turistlərə ölkəyə giriş yasaq edilib. Budurmu demokratiyanın təntənəsi, söz azadlığına verilən dəyər?! Azərbaycanda söz azadlığının olmadığını deyən beynəlxalq təşkilatlar qələt eləyir, başını daşa döyürlər. Onlar indiyə qədər öz yaydıqları hesabatlar üzrə bircə dəfə olsun araşdırma aparıblarmı? Əlbəttə ki, yox. Azərbaycanda yetişdirdikləri, qrant ayırdıqları bəzi QHT təmsilçilərindən aldığı saxta informasiyalara əsaslanıb, ölkəmizi gözdən salmağa çalışırlar. Bu da öz növbəsində təsadüfi deyil. Dövlətimizin inkişafı erməni lobbisinin maraqlarını qoruyan beynəlxalq təşkilatların maraqlarına cavab vermir və onlar seçki ilində Azərbaycanı təzyiq altında saxlamağa çalışırlar. Lakin təcrübədən bilirik ki, bu cür təzyiqlər heç zaman keçərli olmayıb və onların arzuları bu dəfə də gözlərində qalacaq”. Geri qayıt |