Əsas Səhifə > Partiya > ƏDLİYYƏ NAZİRLİYİNDƏN UTANCVERİCİ MÖVQE

ƏDLİYYƏ NAZİRLİYİNDƏN UTANCVERİCİ MÖVQE


23-07-2013, 13:27
ƏDLİYYƏ NAZİRLİYİNDƏN UTANCVERİCİ MÖVQE
Ombudsman aparatının əməkdaşları Bakı təcridxanasında gənc fəallar Zaur Qurbanlı, Bəxtiyar Quliyev, Üzeyir Məmmədli, Rəşadət Axundov, Şahin Novruzlu, Rəşad Həsənov, Müsavat Partiyası sədrinin müşaviri Yadigar Sadıqov və digərlərinə baş çəkiblər.

Ombudsmanın nümayəndələri məhbusların saxlanma şəraiti, onların səhhəti, onlara qarşı davranışla maraqlanıblar. Təkbətək görüş zamanı həbsdə olanlar saxlanma şəraitindən və onlarla davranışdan şikayətlənməyiblər. Bu barədə ombudsman aparatının mətbuat xidməti bildirir.

Eyni zamanda NİDA hərəkatının fəalı Z.Qurbanlının anasının müraciəti əsasında təcridxananın tibbi-sanitar hissəsinin rəisi ilə söhbət aparılıb. Z.Qurbanlının vəziyyətinə dair tibbi arayış alınıb: təcridxanada saxlandığı müddətdə müayinələr, tibbi nəzarət, vəziyyətin stabil və qənaətbəxş olması, digər müalicəyə ehtiyacın olmaması barədə.

Bununla yanaşı ombudsman Ədliyyə Nazirliyi Müalicə Müəssisəsinin rəisinə müraciət edib. Z.Qurbanlı Elmi Tədqiqat Hemetologiya və Transfuziologiya İnstitutunda müayinə olunub, ultrasəs müayinəsindən keçib, qan analizi verib. Z.Qurbanlının qan göstəricilərinin və dalağının ölçüsünün normaya uyğun olduğu müəyyən edilib və diaqnoz qoyulub – “ beta-talassemiya geninin daşıyıcısı”.

Ədliyyə Nazirliyi Baş Müalicə Müəssisəsindən bildirilib ki, Z.Qurbanlının səhhəti nəzarət altındadır və o, vaxtaşırı müayinədən keçiriləcək. Ombudsmanın mətbuat xidməti bildirib.

* Xatırladaq ki, həbs olunduqdan sonra Z.Qurbanlının vəziyyəti pisləşib.Yaxınları ona müvafiq yardımın göstərilməsini xahiş ediblər ki, bu da həbsxana şəraitində mümkün deyil.

Qohumları Z.Qurbanlıya müstəqil həkim tərəfindən müayinə imkanlarının verilməsinə təkid edirlər.

Geri qayıt