Əsas Səhifə > Sosial, Manşet > 18 RAYONUN İCRA BAŞÇISI QIRMIZI XƏTTDƏ

18 RAYONUN İCRA BAŞÇISI QIRMIZI XƏTTDƏ


23-07-2013, 14:23
18 RAYONUN İCRA BAŞÇISI QIRMIZI XƏTTDƏ
ONLARIN BƏZİLƏRİNİN SEÇKİ DÖNƏMİ KİMİ MÜHÜM ŞANSLARI VAR

DİA.AZ: - Qarşıdan gələn prezident seçkiləri bir sıra rayon icra başçıları üçün bəlkə də ən çətin sınaq dönəmi hesab oluna bilər. Ən azından o səbəbə görə ki, son 20 il ərzində ilk dəfə hazırki hakimiyyətin özü də bir imtahan verəcəyi situasiya ilə üz-üzədir.

Bununla bağlı DİA.AZ-ın əldə etdiyi informasiyalar da deyilənləri təsdiqləyir. «Yuxarıda» böyük əndişə var, «aşağıdakılar» isə artıq hazırki məmur heyətindən cana doyublar. Elə buna görədir ki, istənilən əks mövqeli ideya bu gün Azərbaycanda çox sürətli şəkildə populyarlaşır.

Bununla bağlı redaksiyamızı bilgiləndirən Nazirlər Kabinetindəki qaynaq iddia edir ki, Prezident Administrasiyasından gələn təlimata uyğun olaraq Azərbaycanın bütün bölgələrində seçkiqabağı ictimai-rəyin öyrənilməsi məqsədilə bir sıra tədbirlər planı həyata keçirilib.

Mənbənin söylədikləri: «Bu araşdırmalarda məqsəd həm hakimiyyətə olan ictimai münasibətin öyrənilməsi və həm də populyar problemlərin müəyyənləşdirilməsi idi. Araşdırmalardan aydın olub ki, yerli əhali xüsusi olaraq icra başçılarından şikayətçidirlər. Yəni bu gün əyalətdə oturan hansısa bir kəndçi babanı daha çox narahat edəni onun hər gün üzləşdiyi icra başçısı və onun yaratdığı süni maneələrdir».

Mənbəmiz iddia edir ki, təxminən 20-yə yaxın təhlükəli rayonun siyahısı müəyyənləşib: «Həmin rayonlarla bağlı xüsusi addımların atılacağı istisna deyil. Maraqlıdır ki, onlardan cəmi ikisi paytaxta aiddir, digər «qaynar nöqtələr» isə məhz əyalətdə yerləşir».

Mənbəmiz hakimiyyət üçün problemli hesab olunan rayonların adlarını da açıqlayıb:

1. Gədəbəy;
2. Şamaxı;
3. Ağcabədi;
4. Qusar;
5. Lerik;
6. Saatlı;
7. Salyan;
8. Sabirabad;
9. Ağsu;
10. Qazax;
11. Tovuz;
12. Astara;
13. Oğuz;
14. Tərtər;
15. Qəbələ;
16. Cəlilabad;
17. Bakının Xətai rayonu;
18. Bakının Suraxanı rayonu…

Onu da bildirək ki, bu həm də o deməkdir ki, adları çəkilən rayonların hər birinin icra başçısı üçün ciddi mərhələ dönəmi start götürür: «Təbii ki, onlardan bəziləri seçkiyə qədər «vurulacaq». Kimlərə ki şans tanınacaq, onların da seçkiləri necə yola verəcəkləri mühüm əhəmiyyət daşıyır».

Geri qayıt