Əsas Səhifə > Dünya > BAŞ TERRORÇU İFŞA OLUNDU
BAŞ TERRORÇU İFŞA OLUNDU28-12-2011, 12:12 |
“ÖCALAN HEÇ BİR KİTABINI ÖZÜ YAZMAYIB” Terror təşkilatından ayrıldıqdan sonra Türkiyə təhlükəsizlik orqanarına təslim olan “Rojhat” ləqəbli PKK üzvü şok məlumatlar açıqlayıb. “Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, “Rojhat”, Abdullah Öcalanın kitablarını bir PKK üzvünün yazdığını söyləyib. O deyib ki, Öcalanın özünün yazdığı heç bir kitabı yoxdur. Keçmiş PKK üzvü Abdullah Öcalanın 15 fevral 1999-cu ildə həbs olunmasının terror təşkilatında şok effekt yaratdığını deyib. “Öcalanın “İmkan verilərsə, dövlətə xidmət etməyə hazıram” sözü terrorçuları sarsıtdı. “Apoya dərman verib danışdırırlar” şəklində PKK üzvləri arasında yaymaq üçün təlimat hazırladıq”, - deyə “Rojhat” bildirib. Geri qayıt |