Əsas Səhifə > Güney Press, Üçüncü sektor > İCRA BAŞÇISI ÜSYANI BELƏ ÖNLƏMƏK İSTƏDİ

İCRA BAŞÇISI ÜSYANI BELƏ ÖNLƏMƏK İSTƏDİ


24-07-2013, 11:29
İCRA BAŞÇISI ÜSYANI BELƏ ÖNLƏMƏK İSTƏDİ
Ağsu rayonunda vəziyyət getdikcə kritik şəkil alır. jam.az-a verilən məlumata görə, rayonda sülalə hakimiyyəti yaratmış icra başçısı Ənvər Seyidəliyevdən narazı olan sakinlər artıq ona etiraz etməyə başlayıblar.

Məlumatlarda bildirilir ki, Ağsuda etiraz aksiyaları hər an başlaya bilər. Seyidəliyevin bütün gəlirli sahələri ələ keçirməsi və vəzifələri yalnış qohum-əqrabasına paylaması ilə yanaşı, insanların ağır maddi böhran içində yaşaması bu narazılığı daha da körükləyib. Elə bu səbəbdəndir ki, sözügedən rayonda durumun kritik olduğu bildirilir.

Daxil olan məlumatlarda o da vurğulanır ki, icra başçısı vəziyyətin ağırlığını görərək, əhalinin könülünü almağa çalışır. Bu məqsədlə o, kəndlərdə əhali ilə görüşlər keçirərək, onların problemlərini dinləmək niyyətinə düşüb. Amma planı işə yaramayıb. Qeyd olunur ki, Seyidəliyev ötən gün bir neçə kəndə səfər edərək, orada görüş keçirmək istəyib. Amma üz tutduğu kəndlərin camaatı onunla görüşə gəlməkdən imtina ediblər. Buna səbəb isə rayonu bir ailəyə həvalə edilməsidir.
Ağsunu bir ailə idarə edirk deyəndə isə bunlar nəzərdə tutulur:

-İcra başçısı Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümovun dayısıdır.
-“Kapitalbank”ın Ağsu filialının müdiri Fətulla Seyidəliyev isə Ənvər Seyidəliyevin doğma qardaşıdır.
-S.Müslümovun bibisinin əri Ağsu Rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktorudur.
- Rayonun maliyyə şöbəsinin müdiri Radim Müslümov isə S.Müslümovun başqa qardaşıdır.
- Ağsu bazarı icra başçısının başqa bir qohumu olan Varis Nəzərovun nəzarətindədir.
- Ənvər Seyidəliyevin qardaşı Fazil Seyidəliyevə gəldikdə isə o, rayon polis şöbəsinin rəis müavini işləyir.
Qeyd edək ki, bundan əlavə olaraq isə Ənvər Seyidəliyev şəhərin “meri” postuna Nadir Şirinovu təyin etdirib. Nadir Şirinovda illərdən bəri hazırki icra başçısına xəzinadarlıq edir. Elə günün bu vaxtına qədər.
Əldə etdiyimiz dəqiq məlumatlara görə bəzi mətbuat orqanlarına rayonda baş verən özbaşnalıqlar haqqında gedən yazılar üçün məhz Nadir Şirinovun “baxım görümündən” sonra göz yumulur.

P.S. Ağsuda baş verən dəhşətli korrupsiya faktları ilə bağlı geniş reportajımız yaxın günlərdə oxuculara təqdim olunacaq.

Geri qayıt