Əsas Səhifə > Partiya > "RÜSTƏM İBRAHİMBƏYOV ÜÇÜN"...

"RÜSTƏM İBRAHİMBƏYOV ÜÇÜN"...


24-07-2013, 11:54
"RÜSTƏM İBRAHİMBƏYOV ÜÇÜN"...
..."15-20 MİN MANATI ÖDƏMƏK PROBLEM DEYİL"

Son günlər Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun həbsi məsələsi hökumət yönümlü media tərəfindən yenidən gündəmə gətirilib. Onlar bunu Rüstəm bəyin rəhbəri olduğu Azərbaycan Kinomatoqrafçılar İttifaqına vergidən yayınma ilə bağlı açılan cinayət işi ilə əlaqələndirirlər. Rüstəm İbrahimbəyovun həbsinin mümkünlüyünü və bunun hüquqi cəhətdən hansı formada tənzimləndiyini araşdırmaq üçün tanınmış vəkil, hüquq müdafiəçisi Aslan İsmayılovla əlaqə saxladıq.

FaktXeber.com-a açıqlama verən Aslan bəy bildirdi ki, Azərbaycanda hər bir şey mümkündür: “Bir neçə gün bundan öncə Hüseyn Abdullayev haqqında ona aid olmayan şirkətlə bağlı cinayət işi açıldı və onun həbs edilməsi ilə bağlı interpola axtarış verildi. Ona görə də Azərbaycan istənilən şey mümkündür. Hüquqi cəhətdən Rüstəm İbrahimbəyovun qurumu ilə bağlı açılan cinayət işində elə də ciddi bir məsələ yoxdur. Cinayət işində qurumun 15-20 min manat miqdarında vergidən yayındığı bildirilir. Hesab edirəm ki, Rüstəm İbrahimbəyov üçün 15-20 min manatı ödəmək o qədər də problem deyil. Eyni halda vergi ödəniləcəyi halda qanuna uyğun olaraq cinayət işinə dərhal xitam verilməlidir.”

Geri qayıt