Əsas Səhifə > Güney Press, Üçüncü sektor > AĞCABƏDİDƏ TƏHSİL ADINA RƏZALƏT
AĞCABƏDİDƏ TƏHSİL ADINA RƏZALƏT24-07-2013, 11:57 |
Ağcabədi rayon Təhsil şöbəsinin müdiri Mehdi Əhmədov rayon təhsilini bərbad vəziyyətə salıb. Ən dəhşətlisi isə şöbə müdirinin rayonun təhsil sahəsində çalışanların "dərisini soyması"dır. Bu barədə 30gun.az-a daxil olan məlumatlarda bildirilir ki, şöbə müdiri son zamanlar məktəb direktorları vasitəsilə rayon təhsil işçilərindən kütləvi pul yığımına başlayıb. Bunun qarşılığında isə səlahiyyət sahibi özbaşınalıqlarına don geyindirərək təhsil naziri Mikayıl Cabbarovun adından istifadə edir. Məlumatlara görə, Mehdi Əhmədov məktəb direktorlarına bildirib ki, rayonun təhsil sahəsindən və məktəblərdən əldə edilən gəlirlər hesabına nazirliyin aylıq "taksasın" ödəməklə istədikləri özbaşınalıqları həyata keçirə bilərlər. 30gun.az-a rayon məktəblərinin birində çalışan müəllimin verdiyi məlumata görə, əslində bu gün təhsildə köklü islahatların aparıldığı görüntüsü yaradılsa, kəndlərin təhsil ocaqlarında kosmetik təmir işləri aparılsa da, mövcud problemlər nəinki azalıb, hətta şöbə müdiri Mehdi Əhmədovun səyi nəticəsində rüşvət tarifləri bir qədər də artıb: "Adi uşağını orta məktəbə qoymaq üçün vətəndaşlardan 200-250 manat civarında pul tələb olunur. Əgər övladını məktəbə qoymaq üçün həmin məbləğin düzəldilməsində zəruri ehtiyyac yaranarsa, qiymətlər kasıbın imkanları daxilindən çıxılır və ondan cəmi 100 dollar alınır". Bundan əlavə Ağcəbədidə bütün bu baş verənlərdən Təhsil Nazirliyinin xəbəri olmadığını iddia edən mənbə bildirir ki, rüşvət yığımını nazirliyin müvafiq strukturu tənzimləyir və tarifləri müəyyənləşdirir. Bu isə yığılan vəsaitin bir hissəsinin məhz nazirliyə getdiyini söyləməyə əsas verir: "Burda il ərzində dövr edən vəsaitin miqdarı isə milyonlarla manatla ölçülür. Bu vəsaitin nə qədərinin şöbə müdirinə qaldığı, nə qədərinin "yuxarı" ötürüldüyü məlum olmasa da, rayon təhsil şöbəsinin fəaliyyəti araşdırılsa müəyyən nəticələr çıxarmaq olar. Ağcəbədi rayon təhsil şöbəsinin müdiri Mehdi Əhmədov təhsil sitemində bir çox üsullara əl atıb. Şöbə müdiri ixtisası olmayan şəxsləri də aidiyyatı olmayan sahələrə yönəltdirir. Əlbətki bu elə-belə başa gəlmir. Təbii ki, şöbə müdirinin "yuxarı"ya verdiyi pulları çıxarmaqdan ötrü qanunsuzluqlara yol verir". Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |