Əsas Səhifə > Şou-biznes > "BU, MƏNİM YOLUM DEYİL..."

"BU, MƏNİM YOLUM DEYİL..."


28-12-2011, 12:28
"BU, MƏNİM YOLUM DEYİL..."

“HƏR KƏSİN HƏYAT YOLUNU SEÇMƏK HÜQUQU VAR”

Azərbaycan əsilli Belarus müğənnisi Günəş Abbasova "Eurovision 2012" mahnı müsabiqəsinə qatılacağına və Bakıda Belarusu təmsil edəcəyinə ümidlidir.

O, bunu Day.Az saytına müsahibəsində bildirib. İndiyədək Belarusda bir neçə dəfə "Eurovision"un milli seçim turuna qatıldığını xatırladan Günəş hazırda bu istiqamətdə çalışdığını, azərbaycanlı bəstəkarlar İsa Məlikov və Zöhrə Bədəlbəyli ilə əməkdaşlıq etdiyini söyləyib: "Ümid edirəm ki, nəhayət, bu il uğur qazanacaq, Belarusu tarixi Vətənimdə keçiriləcək "Eurovision"da təmsil edəcəyəm".

Günəş valideynlərinin hələ sovet illərində Qubadan Belarusa köçdüyünü, lakin uşaqlıqda yay tətillərini həmişə Azərbaycanda – nənəsinin yanında keçirdiyini bildirib.
İfaçı indiyədək bəzi tədbirlərdə Azərbaycanı təmsil etdiyini də söyləyib:

"Belarusda 1997-ci ildən Azərbaycan diasporu - "Qobustan" fəaliyyət göstərir. Belarusda Milli mədəniyyətlər festivalı keçirilir. İldə iki dəfə keçirilən festivalda müxtəlif millətlərin nümayəndələri çıxış edirlər. Mən bir neçə il həmin festivalda Azərbaycan diasporunu təmsil etmiş və ən yüksək yerlər tutmuşam".

Bəzi müğənnilərin sponsor xətrinə hər şeyə getməsi haqda sualı da cavablandıran Günəş deyib: "Heç kimi məzəmmət etmirəm. Hər kəsin həyat yolunu seçmək hüququ var. Xoşbəxtlikdən, bu, mənim yolum deyil və odur ki, sualın mənə aidiyyatı yoxdur".


Geri qayıt