Əsas Səhifə > Güney Press, Üçüncü sektor > "SEMAŞKO"DA ANANIN BAŞINA OYUN AÇDILAR

"SEMAŞKO"DA ANANIN BAŞINA OYUN AÇDILAR


25-07-2013, 10:31
"SEMAŞKO"DA ANANIN BAŞINA OYUN AÇDILAR
Bakıda Musa Nağıyev adına Təcili Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanısının Doğum Evində dəhşətli hadisə qeydə alınıb. JAM.AZ-a daxil olan məlumata görə, məlum olay Zaqatala rayon Danaçı kənd sakini Şahnaz Davud qızı Mehtiyevanın başına gəlib.
Məlumatda deyilir ki, Ş.Mehtiyeva Rüstəm adlı bir oğlanla nişanlı olsa da, başqa birindən hamilə qalıbmış. Bətnindəki körpəni 9 ay yaşadan ana bu zaman bakirəliyini də itirməyibmiş. Ona görə də, uşağının doğumu vaxtı bakirəliyinin pozulmaması üçün qeysəriyyə əməliyyatı yolu ilə onun alınmasına qərar verib.
Məlumatda deyilir ki, bu məqsədlə Bakıya gələn Zaqatala sakini Musa Nağıyev adına Təcilisi Tibbi Yardım Xəstəxanasının (Semaşko) Doğum şöbəsinə müraciət edib. Həkimlər də pul müqabilində əməliyyat yolu ilə uşağı çıxara biləcəklərini bildiriblər. Razılaşmaya rəğmən əməliyyat keçirilir, amma ana uşaqdan imtina etdiyinə görə körpənin sonrakı taleyi barədə hər hansı bir bilgi mövcud deyil.
Apardığımız araşdırma nəticəsində məlum olub ki, həqiqətən də Ş.Mehtiyeva bu ilin mayın əvvəlində sözügedən xəstəxanaya müraciət edib. Onun adı qəbul edilən xəstələrin kitabında belə var. Amma işin dəhşətli tərəfi odur ki, qeysər yolu ilə götürülmüş uşağın taleyinin qaranlıq qalmasıdır. JAM.AZ-a bilgi verən sözügedən şəxsin yaxınlarından biri belə ehtimal edir ki, Ş.Mehtiyevanın dünyaya gəlmiş uşağı həkimlər tərəfindən başqa birilərinə övladlıq olaraq satılıb.
Məsələ ilə bağlı Doğum şöbəsinin müdirəsi Yaqut xanımla əlaqə saxlayaraq, onun da münasibətini öyrənməyə çalışdıq. Lakin telefon zənglərimizə cavab verən olmadı.

Geri qayıt