Əsas Səhifə > Sosial, Manşet > 6 NƏFƏRLİK AİLƏ ALLAHIN ÜMİDİNƏ BURAXILIB

6 NƏFƏRLİK AİLƏ ALLAHIN ÜMİDİNƏ BURAXILIB


25-07-2013, 12:18
6 NƏFƏRLİK AİLƏ ALLAHIN ÜMİDİNƏ BURAXILIB
SURAXANI İCRA HAKİMİYYƏTİ NƏ VƏZİFƏSİNİ İCRA EDİR, NƏ DƏ İMKAN VERİR

DİA.AZ: - Baki şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbə sakini Mariya Timoşkina öz dərdinə əlac axatrır. Mayiya xanım öz problemi ilə bağlı özünə məxsus facebook səhifəsində yazmış və son dərəcə çarəsiz olduğunu bildirmişdir. DİA.AZ olaraq Mariya xanımın müraciətini olduğu kimi təqdim edirik.

“Prezident hər rayonun sosial inkişafına, abadlığına gorə həmin rayonların içra hakimiyyətlərinə milyonlarla pul vəsaiti kocürür. Həmin pullar təyinatı üzrə xərclənmir ki, bu da faktdır. Dövlətin pulları hara xərçlənir - məlum deyil.

Hazırda mənim yaşadığım Bakı şəhəri, Suraxanı rayonu Bülbülə qəsəbəsi İlqar Məmmədov kücəsi ev 8, mənzil 6- da ümumi sahəsi 28,7 kv metr yaşayışa yararlı olan 16,7 kv metrdən ibarət olan 1 otaqlı mənzildə qaynanam, baldızım oğlu, mən, həyat yoldaşım və oğlum - 6 nəfər olmaqla yaşayırıq.

Həmin şəraitdə nəinki qonaq qəbul etməyə, hec yatmağa da yer tapmırıq. Özümüzün şəxsi hesabımıza balaca bir otaqlı, guya evə oxşar bir şey tikmişik. İndi həmən yerin üstünün ortülməsinə bizə içazə verilmir. Yaşadığımız ev Suraxanı rayon icra hakimiyyətinin tabeciliyində olan 74 nömrəli MİS-in balansındadır.

Əslində icra hakimiyyəti prezidentin onlara ayırdığı pulun hesabına həmin evin üstünü bağlamalıdır. Ançaq onlar nə mənə imkan verir, nə də özləri bu işi gorməyə borclu olsalar da, öz vəzifələrini icra etmək istəmirlər.

Suraxanı içra hakimiyyəti də onlara olunan nə rəsmi, nə də şifahi müraciətə əhəmiyyət vermir. İndi mən bilmirəm nə edim. Problemimin həlli üçün kimə müraciət edim. Qalmışam ailəmlə birlikdə çarəsiz. Görəsən, bu işlərin axırı necə olacaq? Bəlkə mənə bir məsləhət verəsiniz”...

Geri qayıt