Əsas Səhifə > Sosial, Manşet > «BANK OF AZERBAİJAN»A QARŞI ETİRAZLAR
«BANK OF AZERBAİJAN»A QARŞI ETİRAZLAR26-07-2013, 10:57 |
MÜFLİSLƏŞDİRİLMİŞ VƏTƏNDAŞLAR ÇIXIŞ YOLUNU BUNDA GÖRÜRLƏR DİA.AZ: - Redaksiyamıza «Bank of Azerbaijan»dakı özbaşınalıqlarla, vətəndaşların rəsmən müflisləşdirilməsi ilə bağlı yeni müraciətlər daxil olub. Xatırladaq ki, keçən günlərdə bu bankın müştərilərindən birinin fövqəladə hallar naziri Kəmaləddin Heydərova müraciətini açıqlamışdıq. Bankın FHN şefinin kurasiyasına keçdiyini iddia edən vətəndaş ona qanunsuz faizlərin yazıldığını və bu işdə Səbayel məhkəməsinin belə iştirakçı olduğunu iddia edərək probleminin həll olunmasını tələb etməklə yanaşı, əks halda, özünü FHN-nin qarşısında yandıracağını da bildirmişdi. DİA.AZ-a bu dəfə müraciət edən vətəndaş da eyni qaydada adının çəkilməməsini istəyir: «Əslində mənim problemimi oxuyan bank yetkililəri dərhal şikayətçinin kimliyini biləcəklər. Çünki dəfələrlə bankın rəhbərliyinə də internet vasitəsilə müraciətlərimi göndərmişəm. Amma qulaqardına vurulub». Vətəndaş yazır ki, ona da kreditdə olan maşını ilə bağlı tələ qurublar: «Bu bank əvvəllər, yəni «ZQAN» Holdinqin tərkibində olanda daha yaxşı işləyirdi, nəinki indi. Sanki məqsədləri insanların var-yoxdan çıxarılmasıdır». Vətəndaş yazır ki, 15 minlik kreditinin müqabilində 20 min manata yaxın pulunun çıxmasına baxmayaraq, hələ də banka 6 min manata yaxın borcunun olduğu iddia edilir: «Müəyyən yubanmalarım olub. Amma mən bankdan götürülən pulu artıqlaması ilə ödəmişəm. Bunu nəzərə almayıblar və özlərinin cüzi məbləğdə qanunsuz olaraq əlaavə etdikləri faizləri məhkəmə vasitəsilə şişirdiblər». Şikayətçi bildirir ki, o, portalımız vasitəsilə «Bank of Azerbaijan»ın müflisləşdirdiyi bütün vətəndaşlara müraciət edir: «Mən bilirəm ki, bu bankın müflisləşdirdiyi yüzlərlə vətəndaş var. Onlara səslənirəm. Gəlin, sentyabr ayının 1-nə ««BANK OF AZERBAİJAN» BİZDƏN ƏL ÇƏK» şuarı ilə aksiya təyin edək. Bu aksiyada iştirak etmək istəyənlərin sayının çox olacağını zənn edirəm. Çünki mənim kimi narazılar yetərincədir. Və DİA.AZ rəhbərliyindən xahiş edirəm ki, bu aksiyanın təşkilatçılığına dəstək versin. Odur ki, bütün narazılar DİA.AZ-a müraciət edərək mənimlə əlaqə qura bilərlər». Qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |