Əsas Səhifə > Dünya > BMT-DƏN MURSİ ÇAĞIRIŞI
BMT-DƏN MURSİ ÇAĞIRIŞI26-07-2013, 11:02 |
KEÇMİŞ PREZİDENTİN AZADLIĞI İSTƏNİLDİ BMT baş katibi Pan Gi Mun Misirin müvəqqəti rəhbərliyini ölkədə konstitusiya normalarına riayət etməyə və prezident Məhəmməd Mursini azadlığa buraxmağa çağırıb. APA-nın BMT-nin saytına istinadən verdiyi məlumata görə, baş katib tərəfləri mümkün qədər təmkinli davranmağa, qanunlara riayət etməyə, vətəndaşların təhlükəsizliyini təmin etməyə dəvət edib. Pan Gi Mun eyni zamanda qeyd edib ki, müvəqqəti hakimiyyət əsassız həbslərə son qoymalı, hazırkı prezidenti və “Müsəlman Qardaşları” liderlərini həbsxanadan buraxmalıdır. Geri qayıt |