Əsas Səhifə > Güney Press, Araşdırma > RUSLAR AZƏRBAYCANI NİYƏ DİVARA DİRƏYİB?

RUSLAR AZƏRBAYCANI NİYƏ DİVARA DİRƏYİB?


26-07-2013, 12:26
RUSLAR AZƏRBAYCANI NİYƏ DİVARA DİRƏYİB?
Rusiyanın "Rosneft" şirkəti “Abşeron” qaz yatağında pay almaq istəyir, deyə enerji əməkdaşlığı üzrə Azərbaycan-Rusiya danışıqlarının gedişindən xəbərdar olan mənbə Reuter`s agentliyinə məlumat verib.

Reuter`s-in məlumatına görə, "Rosneft" bununla qaz ixracında "Qazprom"un rəqibi olmaq istəyir.

Qeyd edək ki, iyulun əvvəlində "Rosneft" şirkətinin rəhbəri İqor Seçin Bakıya səfəri zamanı ARDNŞ rəhbərliyi ilə görüşüb və əməkdaşlıq məsələsini prezident İlham Əliyevlə müzakirə edib. Bundan sonra Seçin Rusiya şirkətinin ARDNŞ ilə birgə planlarından danışıb, amma gələcək əməkdaşlığın detallarını açıqlamayıb.

“Abşeron” qaz yatağı 2011-ci ilin sentyabrında kəşf edilib. İlk kəşfiyyat quyusu qazılandan sonra layihənin operatoru Total şirkəti 150-300 mlrd m3 qaz ehtiyatı kəşf edildiyini bildirib. Azərbaycan geoloqları yatağın ehtiyatlarının 2 dəfə çox ola biləcəyini gözləyir.

Səhmdarlar bunlardır: ARDNŞ (40%), Total (40% – operator) və Gas de France (20%).

“Abşeron” qaz yatağında ilk hasilat 2020-ci ildən tez olmayacaq.

* Yerli mənbələrin məlumatına görə, RF prezidenti Vladimir Putin avqustda İrana səfəri zamanı Bakıya gələcək. Putinlə birgə RF nümayəndə heyətinin tərkibində "Rosneft", "Transneft" və LUKoyl rəhbərləri də olacaq.

Geri qayıt