Əsas Səhifə > Gündəm, Manşet > İRİMİQYASLI NEFT FIRILDAQLARI

İRİMİQYASLI NEFT FIRILDAQLARI


29-12-2011, 12:10
İRİMİQYASLI NEFT FIRILDAQLARI

NEFTDƏN GƏLƏN QARA PULLAR OLİQARXLAR ARASINDA NECƏ BÖLÜŞDÜRÜLÜR?

DİA.AZ: - Azərbaycanda dövlət idarəçiliyinin əsas prinsipinə çevrilmiş korrupsiya şəbəkəsi bu və ya dimgər şəkildə neft sektoru ilə bağlı olur. Yeganə gəlir mənbəyimiz olan neftin üzərində qurulan «oyunlar» isə çoxlu suallar yaradan məsələlərlə bağlı reallıqlar üzə çıxarır. Kiçik araşdırmalar onu göstərir ki, neft gəlirlərini hədəf alan korrupsiyadan başqa birbaşa neft isteysalında da irimiqyaslı maxinasiyalara imza atılır.

ARDNŞ-in mərkəzi aparatında hazırlanan korrupsiya şəbəkəsinin bir qolu da neft sektorunda bağlanan müqavilələrlə bağlıdır. Bu istiqamətdə olan sazişləri iki yerə bölmək olar:

1. Dövlət Neft Şirkəti ilə birgə fəaliyyət göstərən müştərək şirkətlərlərlə bağlanan müqavilələr

2. Hasilatın pay bölgüsündə iştirak edən şirkətlər.

Onu da bildirək ki, bu məsələdə müştərək şirkətlər diqqətdən kənarda qalıb. SOCAR-ın saytında müştərək şirkətlərlə 1993-2010-cu illər arasında 34 müqavilənin bağlandığı göstərilir. Həmin şirkətlərlə imzalanan sazişlərin tam yarısı 1993-2006-ilədək, qalan 17-i isə Rövnəq Abdullayevin ARDNŞ rəhbərlik etdiyi dövrdə bağlanıb.

İctimaiyyət üçün açıqlanmayan bu müqavilələr haqda yalnız müstəqil araşdırmalardan məlumat almaq mümkündür. Elə həmin məlumatlar da onu göstərir ki, bağlanan qeyri-müəyyən müqavilələrin əksəriyyəti bir-birini təkrarlayır. Digər bir tərəfdən ARDNŞ tərəfdaşı olduğu və birgə müəssisə təsis etdiyi şirkətlərlə bağlanan müqavilələrin müddəti qeyri-müəyyən göstərilir. Həmin şirkətlərin bir neçəsi ilə bağlı aparılan araşdırmalar onların əcnəbi deyil, azərbaycanlı oliqarxlara məxsus olduğunu ortaya qoyub. Neft sektorundakı gəlirlərə şərik olan bu məmurların şirkətləri ilə müqavilələrin müddətsiz bağlanması o deməkdir ki, ölkədə neft olduqca onların da payı olacaq.

Müqavilələrin pərdəarxasında daha dəhşətli məsələlər yatır. Müqavilərin əksəriyyətinin bir-birinə təkrarlamasına gəlincə isə bəzi birgə şirkətlərin görə biləcəyi işi isə ARDNŞ tək öz öhdəliyinə də götürə bilər. Məsələn, «Ekol Mühəndislik Xidmətləri QSC» ilə bağlanan müqavilə əhəmiyyətsizdir. Halbuki, ARDNŞ özünün ekologi idarəsi var və neftdən çirklənmiş torpaqların təmizlənməsi işi ilə guya məşğuldur. Bağlanan müqavilələrdən korrupsiya iyi gəlir. Lancer S.A. Services ilə birgə müəssisə yaratmaqla pul silirlər. Bu şirkət afşor zonada yaradılan və özlərinə aid şirkətdir. Neft Şirkətiinin ekologiya idarəsi ola-ola onunula müqavilə bağlamağa nə ehtiyac var. Ümumiyyətlə, bu müqavilənin arxasında böyük müəmmalar dayanıır.

ARDNŞ-ın iki neft emalı zavodu, marketin idarəsi var. Şirkətin özünün emalını və marketinqini təşkil etmək imkanı olduğu halda, SOCAR-Turcas Enerji A.Ş. şirkət yaradıblar. Nəyə görə xidmətə və mənfəətə görə əlavə faiz başqa şirkətə verilməlidir. Əslində, burada iştirak edən Aksoy Holdinq A.Ş də özlərinə məxsus şirkətdir. Hansı ki, ofşor zonada yaratdıqları şirkətlərdəndir, onlarla qeyri-müəyyən müddətə müqavilə bağlanıb. Birgə fəaliyyət nəticəsində əldə olunan gəlir də sahib olduqları paya görə bölünür. Afşor zonada qondarma şirkət yaratmaqla, ölkənin sərvəti öz aralarında bölüşdürürlər.


Geri qayıt