Əsas Səhifə > Partiya > MİLLİ ŞURA EHTİYAT NAMİZƏDƏ QAYIDA BİLƏR

MİLLİ ŞURA EHTİYAT NAMİZƏDƏ QAYIDA BİLƏR


29-07-2013, 11:21
MİLLİ ŞURA EHTİYAT NAMİZƏDƏ QAYIDA BİLƏR

Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov Musavat.com-la əlaqə saxlayaraq, Şura təmsilçilərinin Tiflis səfərinin gündəliyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Eldar Namahov deyib ki, Tiflis görüşündə Milli Şuranın yeni vahid namizədi ilə bağlı müzakirələr gözlənilmir. Onun sözlərinə görə, Rüstəm İbrahimbyovla bağlı vəziyyət yenidən dəyərləndiriləcəyi barədə mətbuata ötürülən xəbər həqiqəti əks etdirmir və Milli Şuranın adından bu cür açıqlamaları yalnız özü verə bilər.

Qeyd edək ki, Musavat.com-a Eldar Namazova yaxın olan qaynaqlardan bildirilib ki, Tiflisdəki toplantıda Rüstəm İbrahimbyovla bağlı vəziyyət yenidən dəyərləndiriləcək: “Görünən budur ki, cənab İbrahimbəyov seçkilərdə iştirak edə bilməyəcək. Onun özünün də gözləmədiyi halda Rusiya hakimiyyəti rejissoru ikili vətəndaşlıqdan azad etməyi ləngidir. Belə davam edərsə, aydın məsələdir ki, o, qarşıdakı seçkilərə qatılmaq şansını itirir. Buna görə də vəziyyət yenidən və bu ehtimal üzərindən dəyərləndiriləcək. Məndə olan məlumata görə, Rüstəm İbrahimbəyov təklif edəcək ki, onun iştirak edə bilməyəcəyi təqdirdə, Milli Şuranın vahid namizədi Eldar Namazov olsun. Artıq bunu heyətdəkilərdən bir çox bilir ”.

Musavat.com bu varianta baxışları operativ olaraq öyrənməyə çalışıb. Belə məlum olub ki, Milli Şura təsisçiləri Eldar Namazov alternativinə isti baxmırlar. Onlardan bir neçəsi, adlarını açıqlamamaq şərti ilə deyiblər ki, bu halda Şuradakı neytral ziyalılardan birinin namizədliyi məsələsi gündəmə gələcək. Fikrini aldıqlarımızdan ikisi isə “Turan” agentliyinin rəhbəri Mehman Əliyevin adını çəkib.

Geri qayıt