Əsas Səhifə > Güney Press, Üçüncü sektor > İSA QƏMBƏR-RƏSUL QULİYEV POLEMİKASI DAVAM EDİR
İSA QƏMBƏR-RƏSUL QULİYEV POLEMİKASI DAVAM EDİR29-07-2013, 12:04 |
Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev, Müsavat başqanı İsa Qəmbərin prezident seçkisində iştirakının heç nə vəd etmədiyini vurğulayıb. DİA.AZ-ın Bakuinfo.az-a istinadən verdiyi məlumata görə, R.Quliyev açıqlamasında, Müsavatı yaxın keçmişindən dərs çıxarmağa çağırıb: “İndi siz özünüz təsəvvür edin, İsa Qəmbər seçkilərdə iştirak edir və rəsmi 2-3 faiz səs toplayır. Səslər belə olacaq: 75-80 faiz İlham Əliyev, 2-ci və 3-cü yerlərdə kimlərsə, 4-cü yerdə İsa Qəmbər. Siz də, biz də seçkilər saxtalaşdırıldı deyib hay-küy saldıq. Nəticəsi nə olacaq? Heç bir şey. Beynəlxalq təşkilatlar, “bəli, azad seçki keçirilmədi” deyə təsdiqləyəcəklər, pərdəarxası deyəcəklər, “hanı o səsləri saxtalaşdırılmışlar, niyə küçələrə çıxmırlar?”. Adamları küçələrə çıxara biləcəyikmi? Yox. Nəticədə onsuz da zəif olan müxalifət ümumiyyətlə, qəbrə qoyulacaq. Müxalifət real yox, virtual, qəzetlərdə, internet səhifələrində, facebook-da fəaliyyət göstərəcək. İki ildən sonra məsələn, Müsavat Partiyasından hansısa rayondan heç kimin tanımadığı bir-iki adamı parlamentə təyin edəcəklər, vəssalam”. Rəsul Quliyev hazırkı iqtidarın hakimiyyətdə qalması üçün yaşıl işıq yandırılacağını, bu işığın neft pulları azaldıqca xaos şəkilində iğtişaşlar başlayana qədər yanacağını proqnozlaşdırır. "Bu da hər halda 2020-ci ilə qədər də davam edə bilər” deyə eks-spiker bildirib. O, daha sonra "başqa məqsədim yoxdur. Mən heç kimi boykota çağırmıram. Mən Rüstəm İbrahimbəyov qeydiyyata alınana qədər mübarizə aparmağı təklif edirəm. Mən, əgər bu proses getməsə, seçkilərin keçirilməsinə imkan verməməyə çağırıram” deyə qeyd edib. Geri qayıt |